Qara Qarayev: "Özümdə səhv görmürəm"

Qara Qarayev: "Özümdə səhv görmürəm"
ÖLKƏ FUTBOLU 6 Noyabr 2015 / 00:22 6580
-  A +

"Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Ancaq ani bir səhvdən qapımızda qol gördük. Düşünürəm ki, yaxşı oyun göstərdik. Daha da yaxşı ola bilərdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində "Monako" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.

Qarayev buraxılan qolda təkcə özünün yox, bütün komandanın səhvi olduğunu bildirib: "Azarkeşlərə təşəkkürümü bildirirəm. Bizləri sona qədər dəstəkləyirlər və tək qoymurlar. Bu oyunda əlimizdən gələni etdik. Ancaq "Monako" kimi bir komandaya məğlub olmadıqsa, bunun özü də bir nəticədir. Qolun buraxılmasında özümdə səhv görmürəm. Əgər qol buraxılırsa, hamımızın səhvidir. "Monako"da ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. Hər hansı bir səhvi bağışlamırlar.

Oyunboyu bir-iki epizodda mərkəzdə səhv etdik. Onlardan biri də qolla nəticələndi. Buraxılan qoldan sonra bizim də şansımız oldu. Əks hücumlara çıxdıq, amma istifadə edə bilmədik. Rəqibin açıq oynaması qol vurmağımız üçün bizə sərf edərdi. Düşünürəm ki, hələ heç nə bitməyib. "Anderlext" səfərindən yaxşı nəticə ilə qayıtsaq, qrupdan çıxmaq üçün şansımız artacaq. Son vaxtlar əksər komandalar bizə qarşı öz meydanımızda ehtiyatlı oynamağa çalışırlar. Onlar bizim irəli mövqedə olan sürətli futbolçularımızdan çəkinirlər".

Daha çox


Son xəbərlər