"Qarabağ"a qalib gəlsəydik, daha yaxşı olardı"

"Qarabağ"a qalib gəlsəydik, daha yaxşı olardı"
ÖLKƏ FUTBOLU 5 Noyabr 2015 / 22:07 7687
-  A +

“İlk hissədə rəqib güclü idi. İkinci yarıda isə bir “Qarabağ”ı üstələdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Monako”nun  baş məşqçisi Leonardo Jardim  Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la  oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

-“Monako” bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?

- Əsas məqsədimiz qələbə qazanmaq idi. Hər oyuna üç xal üçün çıxırıq. Yaxşı olardı ki, Bakıdan da qələbə ilə qayıdaq.

- İlk hissədə “Monako”nun futbolçusu Fair pley qaydalarına əməl etmədi. Bu, nədən irəli gəlir, futbolçularınız “Qarabağ”dan bu qədərmi qorxurdu?

- Bu barədə hakimlər qərar verməlidir.

Daha çox


Son xəbərlər