Millimiz dünya reytinqində gerilədi

Millimiz dünya reytinqində gerilədi
ÖLKƏ FUTBOLU 5 Noyabr 2015 / 13:34 4061
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 10 pillə geriləyib.

Millimizin "Avro-2016"nın seçmə mərhələsinin son iki oyununda İtaliya və Bolqarıstana uduzması dünya reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Yığmamız hazırda 293 xalla 115-ci pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində dəyişiklik olub. Belçika yığması birinci pilləyə yüksəlib. Son dünya çempionu Almaniya yığması ikinci, Argentina isə üçüncü pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner