Mourinyodan jurnalistlərə: “Növbəti mətbuat konfransında sizə eynək gətirəcəm”

Mourinyodan jurnalistlərə: “Növbəti mətbuat konfransında sizə eynək gətirəcəm”
DÜNYA FUTBOLU 1 Noyabr 2015 / 14:42 9382
-  A +

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 10-cu turunda “Liverpul”a uduzuduqları oyundan (1:3) sonra hakimləri və jurnalistləri kəskin tənqid edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütxəssis epizodların birində hakimin “Liverpul”un qapısına penalti təyin etməli olduğunu lakin onun fərqli qərar verdiyini bildirib:

“Mən danışmaqdan daha çox qulaq asmaq istərdim. Ancaq elə hallar baş verir ki, susmaq olmur. Rəqib futbolçunun cərimə meydançasında Diqeo Kostaya qarşı etdiyi kobudluğu hər kəs gördü. Ancaq hakim buna göz yumdu. Bu haqsızlıq futbolçularımı ruhdan saldı”.

Sözügedən epizodun düzgün işıqlandırılmamasında jurnalistləri tənqid edən Mourinyo deyib: “Siz ağıllı oğlanlarsınız. Əgər bunu mübahisəli epizod kimi yazmaq istəyirsinizsə, yazın. Növbəti mətbuat konfransında sizə eynək gətirəcəm. Bəlkə onda oyuna yaxşı baxarsınız”.

Mourinyonu özündən çıxaran epizodun görüntüsünü təqdim edirik

Daha çox


Son xəbərlər