Rahid Əmirquliyev: “Xəzər Lənkəran” belə vəziyyətdə olmamalıdır”

Rahid Əmirquliyev: “Xəzər Lənkəran” belə vəziyyətdə olmamalıdır”
ÖLKƏ FUTBOLU 25 Oktyabr 2015 / 16:30 4536
-  A +

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin müsahibəsi

- Premyer Liqanın son turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub oldunuz. Oyunla bağlı nə deyə bilərsən?

- Bilirdik ki, bizi Gəncədə ağır oyun gözləyir. Buna baxmayaraq, görüşə yaxşı hazırlaşmışdıq və 3 xal qazanmaq istəyirdik. Lakin oyunumuz alınmadı. Birinci hissədə çox pis oynadıq. Fasilədən sonra yaxşı çıxış etdik. “Kəpəz”dən üstün idik. Amma heç cür bərabərlik qolunu vura bilmədik.

- Qol vurmaq üçün şanslarınız da oldu. Hesabı bərabərləşdirmək üçün nə çatışmadı?

- Həqiqətən də şanslarımız oldu. Lakin onlardan yararlana bilmədik. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma “Kəpəz” qalib gəldi. Qələbə münasibəti ilə onları təbrik edirəm.

- Bəzi epizodlarda hakimlərə etiraz edirdin. Ümumiyyətlə, hakimlər barədə fikirlərin necədir?

- Oyun zamanı belə hallar olur. Matçın gedişində hər hansı epizoda görə etiraz etmək normal haldı.

- Yəni, hakimlərin işindən razı qaldın?

- Normal hakimlik oldu. Məncə, narazı qalmaq üçün əsas yoxdur.

- Neçə illərdir “Xəzər Lənkəran”ın kapitanısan. Yəqin ki, komandanın bu durumu ürəyincə deyil.

- Təbii ki, hazırkı durum mənə çox pis təsir edir. “Xəzər Lənkəran” daim çempionluq, kubok uğrunda mübarizə aparıb. Belə vəziyyət heç kimin ürəyincə deyil. “Xəzər Lənkəran” belə vəziyyətdə olmamalıdı. Bildiyiniz kimi, FIFA-nın qərarı bizi çox pis vəziyyətə saldı. Belə vəziyyətdə oynamaq çətindir. Amma əlimizdən nəsə gəlmir. Qışa kimi səbr etməliyik.

- FIFA-nın qərarı ilə yanaşı, maliyyə durumu da çıxışınıza təsir göstərir?

- Bunun da təsiri var. Amma rəhbərlik daim yanımızdadır. Hər zaman onların dəstəyini hiss etmişik. Söz veriblər ki, tezliklə bütün çətinliklər aradan qalxavaq. Bu, müvəqqəti haldı.

Mənbə: Futbolxeber.az

Son xəbərlər