Bu gün “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk azarkeşlər və media nümayəndələri ilə görüşüb.
Qol.Az-ın xəbərinə görə, tədbirin sonunda jurnalistlərin suallarını cavablandıran ukraynalı mütəxəssis söhbətə özü başlayıb və Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edib:
- Bu gün sizin üçün çox böyük gündür. 18 oktyabrda Azərbaycan xalqı müstəqillik bayramını qeyd edir. Böyük məmnuniyyətlə bütün vətəndaşlarınızı təbrik edirəm. Hamıya ən xoş arzularımı bildirirəm.
Roman Qriqorçuk daha sonra oktyabrın 22-də keçiriləcək Avroliqanın qrup mərhələsinin “Qəbələ”- “Borusiya” (Dortmund) oyunu haqda danışıb.
- Bu gün biz klub olaraq çox böyük iş görürük. Bütün bunların hamısı azarkeşlər üçündür. Biz futbolu da onlar üçün oynayırıq. Qarşıda “Qəbələ”ni aığır oyun gözləyir. Fürsətdən istifadə edərək, azarkeşləri "Borussiya" ilə oyuna dəvət edirəm. Gözəl matç olacağını düşünürəm. Əlimizdən gələni edib yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas odur ki, azarkeşlər razı qalsınlar.
- 5:0 hesablı qələbə arzusu yenə qüvvədədir?
- Bu oyun üçün belə hesabla qələbə istəyini yəqin ki, təxirə salacağıq (gülür). Amma bu istək bizdə hər zaman var və sona kimi də özümüzlə daşıyacağıq. “Borusiyya” ilə oyun üçün isə 5:0 hesablı qələbədən danışmaq zarafat kimi səslənəcək. Əsas məqsədimiz odur ki, bütün oyunları bu hesabla qalib gələcək “Qəbələ” komandası yarada bilək.
- Ukrayna yığmasına baş məşqçi təyin olunacağınız barədə xəbərlər yayılmaqdadır.
- Hər zaman çalışıram ki, belə suallara şərh etməyim və cavab verməyim. Çünki öz klubuma, onun rəhbərliyinə və komandama böyük hörmətlə yanaşıram. Hətta bunu da etiraf edirəm: "Qəbələ"ni çox sevirəm. Bu söz-söhbətləri kənara qoysaq daha yaxşı olar. Mənim bütün diqqətim "Qəbələ" ilə birgə daha böyük nəticələr qazanmaqdır.
- "Borussiya" ilə matçda sürpriz etmək üçün “Qəbələ” nə etməlidir?
- Bunun üçün kompleks işlər görülməlidir. İlk növbədə, uğura inanmalı və meydana da bu inamla çıxmalıyıq. Ən əsası isə həmin gün bizim günümüz olmalıdır. İstədiklərimizi həyata keçirtməyi bacarmalıyıq. Yəni “Borussiya” ilə oyunda əlimizdən gələnlərdən daha artığını etməliyik. Çünki belə matçlara bir istiqamətdə yanaşmaqla qalib gələ bimərik.
- Ukrayna millisi AVRO-2016-nın "pley-off" mərhələsində Sloveniyaya rəqib oldu. Əvvəllər bu komandalar dünya çempionatının "pley-off" mərhələsində görüşmüş və həmin vaxt Sloveniya qalib gəlmişdi. Sizcə, indi Ukraynanın əvəz çıxma şansı nə qədərdir?
- Əvvəla, hamının şansı bərabərdir. Ukrayna - Sloveniya cütünə gəldikdə, hər iki komandanın final mərhələsinə yüksəlmə şansı eynidir. Mən öz ölkəmin yığmasına azarkeşlik edəcəm. Ukrayna futbolunun Avropa və dünya çempionatlarında oynamaq üçün resursları var. Ukrayna futbolunda hazırda əsas məqsəd hansısa çempionata çıxmaq yox, orada yaxşı nəticə qazanmaqdır. Böyük futbol üçün bizim ölkədə hər bir şərait var.
Ergün SEYİD
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"