Millimizin müdafiəçisi Maksim Medvedev "Avro-2016"nın seçmə mərhələsinin son oyununda səfərdə Bolqarıstana 0:2 hesablı məğlubiyyətdən sonra Qol.Az-ın Sofiyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Bu oyundan hər kəs yaxşı nəticə gözləyirdi, ancaq komandamız məğlub oldu...
- Matçdan öncə biz də yaxşı oynayacağımızı düşünürdük. Amma alınmadı. Bəlkə də çox həvəsli idik, ona görə "yandıq". Heyətdə də bəzi dəyişikliklər oldu. Meydanda müəyyən anlaşmazlıqlar yaranırdı. Yer seçimində səhvlərə yol verdik. Nəticədə qapımıza hücumlar oldu ki, onlardan da ikisi qolla nəticələndi.
- Oyundan öncə komandada arxayınçılıq var idimi?
- Arxayınçılıq deməzdim. Daha çox inam var idi. Uşaqlar son nəticələrimizə nəzərən bu gün daha yaxşı oynayacağımıza və qələbə qazanacağımıza inanırdı. Düzdür, milli komandada bu cür inam nadir hallarda olurdu. Ancaq müəyyən səbəblərdən alınmadı.
- Alışmadığın sol cinahda çıxış eləmək çətin deyildi sənin üçün?
- Çətin deyəndə ki, uzun müddətdir o cinahda oynamamışam. Qəfildən o tərəfdə oynayanda çətin olur. Həm də Elnurla (Cəfərov – red.) anlaşmamız çox yüksək səviyyədə deyildi. Müdafiədə də bir-birimizi sığortalamaqda problemlər yaşadıq.
- Əvəzlənmən nə ilə bağlı idi?
- Ayağımda yüngül zədə var idi. İkinci hissədə bir toqquşmada daha çox əzildi. Ona görə də məcbur oldum ki, əvəzlənməmi istəyim.
- Prosineçkinin gəlişindən sonra komanda 4 oyun uğurlu nəticə göstərdi. Ancaq son iki oyunu məğlub olduq. Ümumiyyətlə, seçmə mərhələni necə dəyərləndirirsən?
- Müsbət dəyərləndirərdim. Çünki 4 məğlubiyyətdən sonra yeni məşqçi gəldi və 4 oyunda uduzmadıq. Bu, artıq nəticədir. Prosineçki bu komandanı daha çox çalışdırarsa, millimiz daha çox xal toplayar.
- Bu oyunu ilin ən pis oyunu adlandırmaq olar?
- Yox, məncə, Xorvatiyadakı oyun daha pis keçmişdi. Əgər yenidən Bolqarıstanla oynasaq, tam başqa futbol göstərib, yaxşı nəticə qazana bilərik.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
Bu gecə "El-Klasiko" var
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı