“Bakı” birinci divizionda iştirak edəcək” – Yaşar Seyidov

“Bakı” birinci divizionda iştirak edəcək” – Yaşar Seyidov
GÜNDƏM 7 İyul 2015 / 13:49 4745
-  A +

“Bakı” klubu növbəti mövsümdən birinci divizionda mübarizə aparacaq.

Bu barədə Qol.Az-a klubun icraçı direktrou Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqanın reqlamentinə əsasən “Bakı” birinci divizionda iştirak etməli olacaq:

“Bu gün reallıq budur ki, komandamız birinci divizionda mübarizə aparmalıdır” – deyə o qeyd edib. 

Xatırladaq ki, Seyidov bugünlərdə mətbuata açıqlamasında “Bakı”nın Premyer Liqada iştirakının mümkünlüyünü bildirmişdi.
“Bakı”nın yeni baş məşqçisinin adına da ayıdlıq gəlib. Bundan sonra komandanı Novruz Əzimov çalışdıracaq.

N.Əzimov bu gündən komandada fəaliyyətə başlayacaq. Lakin onunla müqavilə imzalanmayıb. Klub rəsmisi bunun səbəbini belə izah edib:

“Biz hələlik komandanı N.Əzimova tapşırmışıq. O, yeni mövsüm üçün heyəti  formalaşdıracaq. Onun baş məşqçi vəzifəsində qalıb-qalmayacağı “Bakı”nın gələcək taleyindən asılıdır”.

Qeyd edək ki, N.Əzimov buna qədər müxtəlif dövrlərdə  -  1997/98 , 2000/2006 və 2011/2012-ci illərdə “Bakı”nı çalışdırıb.

Daha çox


Son xəbərlər