"Həddindən artıq top itkilərinə yol verdik" – Melli

"Həddindən artıq top itkilərinə yol verdik" – Melli
GÜNDƏM 3 İyul 2015 / 02:23 4436
-  A +

"Oyuna biz nəzarət edirdik. Komandamız yetərincə yaxşı oyun göstərdi. Amma son dəqiqələrdə oyuna nəzarəti əldən verdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Xuan Alberto Melli Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib. 
 
İspaniyalı futbolçu komandasının mərhələ keçmək şansının qaldığını bildirib: "Qol vurduqdan sonra oyuna nəzarəti əlimizdə saxlamaq lazım idi. Hücuma keçərkən həddindən artıq top itkilərinə yol verdik. Rəqib komanda isə əks hücumlara çıxmağa başladı. Onlar qol epizodlarından maksimum yararlandılar. Komandamızda gənclər daha üstünlük təşkil edir. Oyunu qələbə başa vurmaq üçün daha çox təcrübəyə ehtiyacımız var. Şansımız hələ də qalır. Cavab qarşılaşmasında mütləq qələbə qazanmalıyıq".



 

Daha çox


Son xəbərlər