"Hücumda zəif çıxış etdik" – Cavid Hüseynov

"Hücumda zəif çıxış etdik" – Cavid Hüseynov
GÜNDƏM 3 İyul 2015 / 00:01 2895
-  A +

"İlk dəqiqələrdən rəqibin kəskin hücumlar edəcəyini bilirdik. Biz də ilk hissədə rəqibdən çəkindiyimiz üçün çox pis futbol oynadıq". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Avropa Liqasının I təsifat mərhələsində "Dinamo"ya məğlub olduqları oyundan (1:2) sonra deyib.  

"Qəbələ"nin avrokuboklarda ilk qolunun müəllifi olan Cavid komandasının doğma meydanda tamam fərqli futbol oynayacağını bildirib: "Komandamız gec özünə gəldi. "Dinamo" azlıqda qaldıqdan sonra təzyiqi artırdıq. Amma yenə də nəsə çatmırdı. Hücumları məntiqi sonluqla başa çatdıra bilmirdik. Ümumiyyətlə hücumda çox zəif çıxış etdik. Düşünürəm ki, mərhələ keçmək şanslarımız 50/50-dir. Doğma meydanda tam başqa cür futbol oynayacağıq.

İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq. Məğlub olduğumuz üçün vurduğum qolun sevincini də yaşaya bilmirəm. Demək olmaz ki, rəqib qırmızı vərəqə aldıqdan sonra komandamız hücuma atılaraq müdafiəni boş qoydu. Sadəcə olaraq uşaq səhvlərindən qollar buraxdıq. Yeni futbolçularımız haqqında nəsə demək tezdir. Onların komandaya necə yararlı olacağını zaman göstərəcək". 

Daha çox


Son xəbərlər