Ronaldinyo Türkiyə klubunda

Ronaldinyo Türkiyə klubunda
GÜNDƏM 1 İyul 2015 / 00:14 11450
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo karyerasını Türkiyə superliqasında davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Təcrübəli yarımmüdafiəçi yeni mövsümdən superliqada çıxış edəcək “Antalyaspor”la razılığa gəlib. Klubun vitse-prezidenti Burak Akpınar yerli mətbuata açıqlamasında xəbəri təsdiqləyib. O, Ronaldinyo qazanacağı məbləği də açıqlayıb:

“Onunla hərtərəfli razılığa gəlmişik. Yaxın günlərdə müqavilə imzalanacaq.  Bir illik müqavilə nəzərdə tutulub. Təxminən illik 3 milyon avro qazanacaq”.

Qeyd edək ki, “Antalyaspor” digər ulduz futbolçu Samuel Eto'onu da heyəitnə cəlb edib.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi