"Komandamı yaxşı oyuna görə təbrik edirəm. Rəqib zəif deyildi. Bizim üçün ağır oyun oldu. Topa və oyuna nəzarət edirdik. Rəqib uzun ötürmələrlə qol vurmaq istəyirdi. Qapımız qarşısında təhlükəli vəziyyətlər oldu. Ancaq biz qola imkan vermədik. Bir xal qazanmışıq. Bu, ədalətli nəticədir".
Qol.Az-ın Osloya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində səfərdə Norveçlə 0:0 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis Bakıda Avropa Oyunlarının start götürdüyü bir gündə Norveçdə yaxşı nəticə qazanmağa borclu olduqlarını bildirib:
"Bu gün Azərbaycanda vacib gün idi. Avropa Oyunlarının açılışı oldu. Artıq Avropa oyunlarına start verilib. Azərbaycan tarixində böyük hadisədir. Bu gün uduza bilməzdik. Üzərimizdə təzyiq var idi. Ancaq komandam vəzifənin öhdəsindən gəldi. Oyun ərzində komandanı dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu gözəl oyunla 1 xalı Azərbaycan xalqına həsr edirəm. Belə nəticə ilə ölkəyə qayıtmaq çox xoşdur.
- Əfran İsmayılov bu dəfə ona doğma olan sağ cinahda oynadı və bu, uğurlu alındı. Gələn görüşlərdə də Əfranı həmin mövqedə oynadacaqsınız?
- Gələn oyunları deyə bilmərəm. Növbəti oyunumuz Xorvatiya ilə olacaq. Rəqib çox güclüdür. Bəli, düz vurğuladınız ki, Əfran bu gün çox yaxşı oynadı.
- Cavid Hüseynov adətən, hücumçuların arxasında oynayır. Ancaq bu dəfə Rahid Əmirquliyevi öndə, Cavid nisbətən arxada oynadı.
- Sizinlə razı deyiləm. Çünki Cavid bu gün öz mövqeyində oynadı. Hansı ki, Malta ilə görüşdə də həmin mövqedə çıxış etmişdi. Onun oyunundan razı qaldım.
- Komandamız 4-5-1 sistemi ilə oynadıqda hücumda olan bir futbolçu o qədər də effektli olmur. Bundan sonra həmin mövqeyə yeni futbolçu axtaracaqsınız, yoxsa, sistemdə hansısa dəyişiklik edəcəksiniz?
- Biz bu gün yaxşı oyun nümayiş etdirdik. Üstəlik 4-5-1 yox, 4-1-4-1 sistemi ilə oynadıq. Norveçin bütün səfər matçlarına və ev oyunlarını izləmişəm. Rəqib evdə yaxşı çıxış edir. Bəli, bizdə hücumçu problemi var. Hücum mövqeyinə yeni futbolçu axtarıram. Ancaq Ruslan bu gün yaxşı oynadı. Oyun ərzində çox qaçdı. Qol epizodu da oldu. Təəssüf ki, bundan yararlana bilmədi.
- Martin Edeqor haqda fikirləriniz necədir? O, yüksək səviyyəli futbolçu ola bilərmi?
- Müasir futbolun ən istedadlı oyunçulardandır. Mən Norveçin İsveçlə yoldaşlıq görüşünə baxdım. Meydanda ən yaxşılardan idi. Bu gün 2 futbolçu ona qarşı oynayırdı. Buna görə də, İsveçlə matçdakı oyununu göstərə bilmədim.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq