"Qələbə qazanacağımıza inanırıq" - millimizin üzvü
İyunun 17-də Farer adaları ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət yığma komandamız hazırlığını davam etdirir. Bakıdakı toplanışın ardından millimiz hazırlığını Danimarkanın paytaxtı Kopenhagendə həyata keçirir.
Həm hazırlıq, həm də komandadakı ab-hava ilə tanış olmaq üçün U-21-in yarımmüdafiəçisi Vüqar Mustafayev Qol.Az-a müsahibə verib
- Hazırlıq necə gedir?
- Toplanışın birinci mərhələsi Bakıda keçirildi. Orada əsas fiziki hazırlığa üstünlük verildi. Yeganə problem komandada zədəli futbolçuların sayının artması ilə bağlıdı. Bu üzdən Tellur Mütəllibov bizimlə gələ bilmədi. Zədəlilərin bir neçəsi isə Danimarkadakı tolanışda iştirak edirlər. Oyuna qədər sağalacaqlarını düşünürəm. Əlimizdən gələni edirik ki, oyuna hazır olaq.
- Bakıdan fərqli olaraq Kopenhagendə əsasən taktiki çalışmalara yer verilir.
- Əvvəlki toplanışda da taktiki çalışmalara yer verilirdi. Amma bu dəfə sırf taktiki planda məşqlər edirik. Çünki hər keçə gün bizi oyuna yaxınlaşdırır.
- Mövsüm yeni başa çatıb. Qısa fasilədən sonra yığmaya dəvət edildiniz. Az istirahət etməyiniz problem yaratmayacaq?
- Ab-hava yaxşıdı. Hamımız qələbə qazanacağımıza inanırıq. Qrupda ilk oyunumuzdu. Qələbə qazanmalı və yaxşı start verməliyik. Başqa yol yoxdu.
- Rəqiblə bağlı hansısa məlumat toplaya bilmisinizmi?
- Oyunların izləməmişik. Amma Danimarka ilə yoxlama oyunu keçiriblər. Hətta ötən seçmə mərhələdə Almaniya kimi rəqiblə başa-baş mübarizə apardıqlarını da bilirik. Əksəriyyət fikirləşir ki, Farer adalarında futbol yox səviyyəsindədi. Amma belə düşünmək düzgün deyil. Bütün rəqiblərə hörmətlə yanaşlmaq lazımdı. Kiməsə üstdən aşağı baxsaq, cəzalandırıla bilərik. Bizim üçün ən çətin oyunlardan biri olacaq. Çünki onlar da meydana 3 xal qazanmaq üçün çıxacaqlar.
- Komandada naraht edən məqam hansıdı?
- Zədəli futbolçularla bağlı məsələni qeyd edərdim. Məqsədin ağrıları var. Tellur gələ bilmədi.
- Əsas yığmanın düşərgəsində olan komanda yoldaşlarının da gəlişi U-21-i gücləndirəcəkmi?
- Əlbəttə, gücümüzə güc qatacaq. Baş məşqçi də kim hazırdırsa, güclüdürsə ona şans verəcək.
- Məşq prosesində baş məşqçi əsasən nəyə irad bildirir?
- Yaşar müəllimin tapşırıqlarını tam yerinə yetirməyə çalışırıq. Bu bəzən alınır, bəzən yox. Həm də futbolçularda yorğunluq vardı. Baskıda fiziki hazırlıq zamanı sürət aşağı idi. Buna görə o bizdən narazı qaldı. Havanın isti keçməsinin də təsiri az deyildi. Amma Kopenhagendə hava sərindi. Artıq yorğunluq tədricən keçib və məşqlərin tempi artıb.
- Yoxlama oyunu hansı çatışmazlıqları üzə çıxardı?
- Sürət aşağı idi. Həm də topu çox saxlaya bilmirdik.
- Mövsümlərarası fasilədə klubunu dəyişdin. “Qarabağ”da əsas heyətə düşmək baxımından özünü hazır sayırsanmı?
- Bilirəm ki, çətin olacaq. Çox güclü komandadı. Çıxış etdiyim mövqedə güclü futbolçular yer alıb. Onları sıxışdırmağa çalışacam.
- Bunu sözdə demək asandı. Meydanda göstərə biləcəksənmi?
- Elə etməliyəm ki sözlə dediyimi meydanda sübut edim. Özünə inanıram, inandığım üçün də “Qarabağ”ı seçdim.
- Başqa klublardan təkliflər var idi?
- İlk təklifi “Qarabağ”dan aldım. Daha sonra “Qəbələ” və “Neftçi”də mənimlə müqavilə bağlamaq istəyirdi. Ancaq seçimimi etmişdim. Buna görə peşiman deyiləm.
- Qrafikin sıxlığı necə, yormayacaq?
- Yormamalıdı. Biz də bu cür sıx qrafikə uyğunlaşmalıyıq.