Azərbaycan Premyer Liqasının son turunda keçirilən “Neftçi” - AZAL matçından sonra (1:1) "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov Qol.Az saytına müsahibə verib.
- Komandan Premyer Liqanın son matçını da qələbəsiz başa vurdu...
- Hər iki komanda üçün əhəmiyyətsiz oyun idi. Amma kubokun final matçı öncəsi qələbə qazanmaqla komandanın əhval-ruhiyyəsini düzəltmək istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, kuboku qazanmağa çalışacağıq.
- "Neftçi" Premyer Liqanın son 7 turunda qələbə qazana bilməyib. Səncə, bu oyunların hamısı əhəmiyyətsiz idi?
- Yox, sadəcə bu matçın nəticəsi hər iki komandanın turnir cədvəlindəki mövqeyinə təsir etməyəcəkdi.
- Uğursuzluğun səbəbi nədə görürsən?
- İnanın, onu mən də bilmirəm. Biz meydana çıxıb əlimizdən gələni edirik. Amma heç vaxt bəxtimiz gətirmir.
- Belə oyunla Azərbaycan kubokunun finalında “Qarabağ”ı məğlub edə biləcəksiniz?
- Mövsümün startından bu yana cəmi 2-3 matçda tam heyətlə oynaya bilmişik. Komandada problemlər çox olub, xüsusən də müdafiə xəttində. Kimisi cəzalı, kimisi də zədəli olduğu üçün komandaya kömək edə bilməyib. Yeni transferlərimizlə növbəti mövsümə daha yaxşı hazırlaşmağa çalışacağıq.
- "Neftçi"də futbolçuların bu qədər çox qırmızı vərəqə ilə cəzalandırılmalarının səbəbi nədir? Bu, hakimlərin səhvləri, yoxsa futbolçuların məsuliyyətsizliyi ilə bağlıdır?
- Düşünmürəm ki, hansısa oyunçuda məsuliyyətsizlik var. Lakin hər bir futbolçu ehtiyatlı oynayıb, növbəti matçı düşünməyə məcburdur. Qarşıdan da kubokun final matçı gəlir. Bu oyuna komanda şəklində yaxşı hazırlaşıb, azarkeşlərimizə uğursuzluğu unutdurmağa çalışacağıq.
- Hansı azarkeşlər? Artıq son turlarda komandaya dəstək olan fan klub üzvlərinin də sayı azalıb. Düşünmürsən ki, onlar da sevimli komandalarının uğursuzluğundan bezib?
- Azarkeş deyəndə ki, mən ilk dəfə görürəm ki, komanda 1:0 hesabı ilə qalib gəldiyi halda azarkeşlər futbolçuları təhqir edir. Biz meydanda can qoyuruq. Bunu hamı da görür. Yəqin azarkeşlərin bildiyi bir şey var ki, belə edirlər. Amma yenə də bir qədər hərəkətlərinə fikir verməlidirlər.
- Gələn ay Serbiya və Norveçlə qarşılaşacaq milli komandamızın heyətinə dəvət aldın...
- Əlimdən gələni edəcəm ki, özümü sübut edim. Milli komandada oynamağa hər zaman hazırıq.
- Yığmaya çağırılmağın daha öncə “Neftçi”dən heç bir oyunçuya dəvət göndərməyən millimizin baş məşqçisi Robert Prosineçkiyə edilən təzyiqlərdən irəli gələ bilər?
- Yox, bu səbəbdən kimisə indi milli komandaya dəvət etmirlər. Çünki “Neftçi” elə-belə komanda deyil. Tarixi olan bir klubdur. Hər bir məşqçinin öz taktiki sxemi var. Yəqin ki, bu günə kimi "Neftçi"də ona uyğun futbolçu yox idi.
Ergün SEYİD
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”