Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Çətinliklə də olsa Premyer Liqamızda 2014/2015 mövsümü başa çatır. Geridə qalan çempionat haqda qısaca fikirlərinizi bilmək istərdik.
- Komandalarda məlum problemlərin yaranmasından sonra çempionatda gərginlik azaldı. İddialı klublar hər zaman çempiona rəng qatır. Təbii ki, "Bakı" və "Xəzər Lənkəran" kimi klubların çempionluq iddialarının olmaması öz sözünü dedi. "Qarabağ"a qarşı mübarizə apara biləcək komanda görmədim. Qurban Qurbanovun komandası rəqiblərindən qat-qat üstün oldu. Ona görə də layiqli çempion oldular.
- "Qarabağ"ın bu çempionluq üçün çətinlik çəkmədiyini deyirsiniz?
- Ola bilər ki, hansısa oyunda çətinliklə üzləşdilər. Ancaq ümumən "Qarabağ"la başabaş mübarizə aparan komanda olmadı. Bu da çempionatın səviyyəsinin aşağı düşməsindən xəbər verir. "Qarabağ"ın gücünü də danmaq olmaz. Ümumiyyətlə, çempionatda gərginlik görmədim. Əvvəlki illərdə heç olmasa 4-5 klub çempionluğa iddialı olurdu. Bu mövsüm isə yalnız "Qarabağ" və "İnter" çempionluq üçün yarışırdı.
- Bəzi klublarımız çempionatı güclə başa vurur. "İnter" və "Simurq" isə dağılmaq üzrədir. Bu gedişlə futbolumuzun axırı necə olacaq?
- Bizdə ən pisi odur ki, klublar bir nəfərin hesabına qurulur və fəaliyyət göstərir. "İnter" təkcə Cahangir Hacıyevdən asılı idi. Ancaq belə olmamalıdır. Bildiyiniz kimi, bu yaxınlarda "Qalatasaray" klubuna yeni prezident seçdilər. Bizdə də bu təcrübədən istifadə edilməlidir. İndidən bir tədbir görülməlidir ki, gələn mövsüm normal çempionat keçirək. Klubların bir yox, bir neçə sponsoru olmalıdır
- "İnter"də acınacaqlı hal yaşandı. Baş məşqçi Kaxaber Sxadadze və bütün legioner futbolçular komandanı tərk etdi. Gürcüstanlı məşqçinin bu addımını necə qarşıladınız?
- Sxadadzenin bu hərəkəti peşəkarlıqdan uzaqdır. Mən bunu pisləyirəm. Sxadadzeyə imkan verdilər ki, həm Gürcüstan millisində çalışsın, həm də "İnter"də. Ona yetərincə güzəşt etmişdilər. O, əvəzində nə etdi? Çempionat başa çatmamış komandanı tərk etdi. Sxadadze "Sumqayıt"la oyunda da komandası ilə birgə olmalı idi. Oyundan sonra isə gedişi ilə bağlı müsahibə verməli idi. Deməli idi ki, Azərbaycan sağ olsun, məni məşqçi etdi və bunun sayəsində Gürcüstan millisinə baş məşqçi təyin olundum. Bundan sonra ölkəsinə gedə bilərdi. Çempionat başa çatmamış komandanı pis vəziyyətdə qoyub getmək peşəkarlıqdan əlavə insanlıq sarıdan da yaxşı əlamət deyil. Biz peşəkar da olmaya bilərik, ancaq insanlığımızı itirməməliyik. Yediyimiz çörəyi tapdalamamalıyıq. Klubda maddi problərin yarandığını görüb, "hər şey cəhənnəm olsun" deyərək getmək olmaz axı. Bunu yalnız əcnəbi məşqçilər edə bilər. Mən də çətin vəziyyətdə olan klublarda çalışmışam. Bir yox, bir neçə il dözmüşəm. Komandam meydana çıxıb azarkeşləri üçün oynayırdı.
- Mövcud problemləri nəzərə alsaq, gələn mövsüm çempionatımızın bundan da pis keçəcəyini demək olar?
- Razıyam. Ancaq hər şey maliyyənin üzərində qurulur. Gələn mövsüm heç olmasa çempionatda 10 komanda mübarizə aparmalıdır. Nəsə etməliyik ki, komandalar çempionat ərəfəsində dağılmasın.
- Məşqçilər Komitəsi olaraq hansısa təklifləriniz var?
- Biz daim çalışırıq. Hər gün öz təklif və tövsiyələrimizi rəhbərliyə çatdırırıq. Ancaq elə şeylər var ki, bizdən asılı deyil. Klubun maliyyə problemini biz həll edə bilmərik. Hazırkı problemlər maliyyə ilə bağlıdır. Bölgələrimizdə futbol çox acınacaqlı vəziyyətdədir. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Gəncə səfərində oldu. O, Gəncə stadionunun durumundan danışanda məni ağlamaq tutdu. O stadionda çox gözəl oyunlarımız olub. Bu cür stadionları saxlamaq lazımdır. İlk növbədə bölgələrdə futbolun inkişafına nail olmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil