"Azərbaycanda işlədiyim müddətdə bir az xoşagəlməz hadisələr oldu. Hərdən fikirləşirəm ki, ola bilsin, mən də nəyisə düzgün etməmişəm"
Bakının “İnter” klubunun və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze Qol.Az saytına müsahibə verib.
- Mövsümün sonu Azərbaycandakı işinizi bitirəcəyinizi bildirmisiniz. Ona görə də öncə ölkəmizdəki fəaliyyətinizi qısa analiz etmənizi istərdik.
- Düşünürəm ki, çox uğurlu keçdi. Bu ölkədə işlədiyim müddətdə tək maddi tərəfdən qazanmadıq, həm də işimiz uğurlu alındı. “İnter” kimi böyük klubda gözəl insanlarla işlədim. Azərbaycandakı karyeramdan çox razıyam.
- Azərbaycan futbolunda mənfi və müsbət mənada sizi təəccübləndirən nə oldu?
- Xoşagəlməz hadisələr haqda danışmaq istəməzdim. Çünki bacardığımız qədər elə şeyləri unutmağa çalışırıq. Ümumi götürəndə jurnalistlərlə aramda olan insidentlərdən başqa mənfi hadisələr olmayıb. Gözəl xatirələr kimi “İnter”in mənim üçün yaratdığı fürsəti qeyd edərdim. Bu klubda mən təkcə baş məşqçi deyildim. “İnter”də istədiyim eksperimentleri aparmaq hüququm vardı. Bu da mənim məşqçi kimi inkişafıma da təkan verdi.
- Bəs, Kaxaber Sxadadze Azərbaycan futboluna nə verdi?
- Qısa şəkildə deyərdim ki, “İnter” kimi bir klubu.
- Azərbaycandakı karyeranız ərzində ən yadda qalan oyun hansı oldu?
- Çox oyunu yada sala bilərəm. Amma belə oyunlardan ən unudulmazı “Birlik” kubokunda Ermənistanın “Mika” klubuna qarşı keçirdiyimiz matç olub. Bundan başqa Avropa Liqasında Polşanın “Lex” və Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”la oyunlarımızı qeyd edərdim. Penaltilər seriyasında məğlub olduğumuz hər iki matç çox dramatik keçmişdi. “İnter”lə çempion olduğumuz vaxtda da çox güclü komandamız vardı. Həmin mövsüm keçirdiyimiz oyunlar unudulmazdır.
- “Mika” ilə oyunda öncə hansı hissləri keçirirdiniz?
- Bu matçdan öncə çox böyük psixoloji basqı altında idik. Ətrafdan çoxlu zənglər gəlirdi ki, biz mütləq ermənilərə qalib gəlməliyik. Heç vaxt unutmaram. Özüm də çox gərgin idim. Matçdan bir gün öncə gecə saat 4-ə kimi “Mika”nın oyunlarını izləyib, analiz etmişdim. Sevinirik ki, biz onlara heç bir şans vermədik və 4:0 hesabı ilə qalib gəldik.
- Gələcəkdə yenidən Azərbaycanda işləmək ehtimalınız var?
- Həyatda hər şey ola bilər. Niyə də işləməyim? Mənim bu ölkədə çox gözəl xatirələrim var. Amma hələlik Azərbaycan çempionatında son iki matçımızı və Gürcüstan milli komandasının oyunlarını düşünməliyəm.
- Gürcüstanla Azərbaycan milli komandası arasında yoldaşlıq oyunu keçirilməsini istərdiniz?
- Niyə də olmasın? Çox gözəl olar. Belə bir təklif olsa, dəstəkləyərəm.
- “İnter”dəki maddi problemlərə görə futbolçuların çoxunun başqa klublara getmək variantı yaranıb.
- Bu, futbolçuların şəxsi işidir. Mən onların qərarına qarışa bilmərəm. Bizim əsas vəzifəmiz onları yetişdirib, Azərbaycan futboluna bəxş etməkdir. Komandamızda da özünü inkişaf etdirən çox futbolçu oldu. Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də “İnter”dən hər oyuna 5-6 futbolçu dəvət edir. Bu da onların inkişafından xəbər verir. Bu, mənim üçün də bir fəxirdir. Futbolçularına karyeralarında uğurlar arzulayıram.
- Növbəti turda Azərbaycanda son ən böyük matçınıza çıxacaqsınız. “Qarabağ”la bu oyunda futbolçularınızdan gözlədikləriniz nədir?
- Futbolçularım bu qədər problemlərin qarşısında əllərindən gələni heç vaxt əsirgəməyiblər. Buna görə də onların qarşısında baş əyirəm. Artıq çempionluğun taleyi həll olunsa da, “Qarabağ”la matçdan gözəl dostluq oyunu gözləyirəm.
- “İnter”in maddi durumu yaxşı deyil. Komandanın taleyi necə olacaq?
- Ümid edirəm ki, problemlər düzələcək. Mənim klubun sahibi Cahangir Hacıyevlə həm işgüzar, həm də yaxın dostluq münasibətimiz var. Son görüşümüzdə o, bu qədər problemin qarşısında futbolçularımızın göstərdiyi əzmkarlığa görə onlara təşəkkürünü bildirdi. O da istəyir ki, “İnter” yaşasın və hər zaman iddialı olsun. Amma kimliyini bilməsək də, bu işə mane olan insanlar çoxdur.
- Yəqin ki, belə bir vəziyyətdə “İnter”in çempion olmağı komandaya bir stimul olardı. Sizcə, niyə bunu bacarmadınız?
- Ötən mövsüm də çempionatı ikinci pillədə başa vurmuşduq. Amma həmin vaxt ilk altı oyundan sonra aktivimizdə üç xal vardı. “Qarabağ”la dörd görüşün hamısında məğlub olmuşduq və şansımız yox idi. Bu il isə çox heç-heçələrimiz oldu. Bizdən fərqli olaraq “Qarabağ”da bu qədər xal itkisi olmadı. Buna görə də aramızdakı xal fərqini azalda bilmədik.
- Sonda. “İnter” və Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız?
- Çox gözəl xatirələrlə ayrılıram. Artıq hiss edirəm ki, ölkəniz üçün çox darıxacam. Düzdü, söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, bir az xoşagəlməz hadisələr oldu. Hərdən fikirləşirəm ki, ola bilsin, mən də nəyisə düzgün etməmişəm. İstər jurnalistlər, istərsə də həmkarlarımla olan bu insidentlərdən kimsə incik qalıbsa, onlardan üzr istəyirəm. Çünki belə hadisələr bizim münasibətlərimizə zərər vurmamalıdır. Çox istəyirəm ki, onlar məni hər zaman yaxşı xatırlasınlar. Nə vaxtsa Gürcüstana gəlsələr, onlarla görüşməyə də hazıram.
Ergün SEYİD
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi