"Klub rəhbərliyini, məşqi heyətini, futbolçuları və azarkeşləri təbrik edirəm. Bizim üçün ağır çempionat oldu. Şükürlər olsun ki, sonda qələbə qazana bildik".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Sumqayıt"a qalib (1:0) gələrək çempionluğu rəsmiləşdirdikləri matçdan sonra deyib.
O bildirib ki, çempion olana kimi çox əziyyət çəkiblər:
"Bu mövsüm komandada zədəli futbolçular çox oldu. Avroliqanın və millinin oyunlarına görə futbolçularda yorğunluq hiss olunurdu.Çox əziyyət çəkirdik. Dişimizi dişimizə sıxıb oynadıq. Bu çempinluq bizə çətin başa gəldi".
R.Sadıqov "İnter"lə bərabərə qalaraq Ağdam klubun çempion olmasına şərait yaradan "Qəbələ"yə təşəkkür edib:
"Heç-heçə etməsəydilər, "İnter"lə bizi ağır oyun gözləyəcəkdi. "İnter" son dönəmlərdə yaxşı oynayır. Bu gün çempion olmağa ehtiyacımız var idi".
"Qarabağ"ın futbolçusu "Neftçi"yə qarşı Azərbaycan kubokunun finalında keçiriləcək matç haqda da danışıb:
"Finalın favoriti "Neftçi"dir. Çünki onlar son üç ildə kubokun finalında oynayıblar və iki dəfə kuboku qazanıblar. "Neftçi" ən azından bizdən daha təcrübəlidir. Onlar daha motivasiyalı olacaq. İstərdik ki, azarkeşlər üçün gözəl oyun olsun".
İkardi "İnter"ə qayıdır?
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı