Qış fasiləsində “Neftçi”yə transfer olunan Rauf Əliyev paytaxt klubunda möhkəmlənə bilmədi. Nadir hallarda meydana çıxan millimizin hücumçusu Premyer Liqanın 33-cü turunda “İnter”ə ağır məğlubiyyətdən sonra əvəzedici heyətə göndərilməklə transferə çıxarıldı. Ötən gün isə 26 yaşlı futbolçu “ağ-qaralar”la yollarını rəsmən ayırdı.
Rauf Əliyev baş verənlərlə bağlı Qol.Az saytına müsahibə verib
- “Neftçi”nin sənə qarşı bu cür addım atmağının dəqiq səbəbi nə oldu?
- Gözlənilmədən belə bir qərar verildi. Mənə tutarlı səbəb demədilər. Mən də bildirdim ki, transfer vərəqəmi verin, gedim. O vəziyyətdə gözləyə bilməzdim.
- “Neftçi”də nadir hallarda meydana çıxırdın. Özün də komandanı tərk etməyi düşünürdün?
- Ayrılmaq fikrim yox idi. Fikirləşirdim ki, yəqin mənə də şans verilər. Gözləyirdim ki, baş məşqçi nə vaxtsa şans verəcək. Ancaq bu altı ayda şans qazana bilmədim. Çıxış etdiyim digər klublardan fərqli olaraq “Neftçi”də demək olar ki, oynamadım. Hər zaman əsas heyət üzvü olduğumdan qıraqda qalmaq mənə çətin idi. “Neftçi”də ehtiyatda qalmağım məni çox geri saldı.
- Bu uğursuzluğunda özünü də günahlandırırsan?
- Əgər məşqçi mənə 3-4 oyun şans versəydi və mən həmin görüşlərdə etimadı doğrultmasaydım, onda özümü günahlandırardım. Axı mənə şans vermədilər. Təsəvvür edin ki, 4-5 oyundan bir meydana çıxırdım. Onda da cəmi 5-10 dəqiqə oynayırdım. Həqiqətən bu durum mənə çox pis təsir etdi.
- Sənə qarşı bu cür münasibəti necə qiymətləndirirsən?
- Təbii ki, xoşagəlməz haldır. Məni komandaya kömək etməyə çağırmışdılar. Ancaq kömək etməyimə imkan vermədilər. Baş məşqçi mənə şans vermirsə, özümü necə göstərə bilərəm?
- Bundan sonra nə etmək fikrindəsən?
- Transfer vərəqəmi yenicə götürmüşəm. Bundan sonra mənə uyğun komanda seçəcəm.
- Hansısa klubdan təklif alımısan?
- Hər halda klubsuz qalmayacam. İndidən bir söz demək istəmirəm. Bu işlərlə menecerlər məşğul olur. Harda oynayacağımı hələ dəqiqləşdirməmişəm.
Ramiq AĞAMƏMMƏDOV
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!