Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gələn "Qəbələ"nin hücumçusu Viktor Mendi jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, Mendi komandasının ardıcıl 7-ci qələbəsini qazanmasından, qol sevincini özünəməxsus şəkildə qeyd etməsindən danışıb.
- Premyer Liqada ardıcıl 7-ci qələbənizi qazandınız. Sanki "Neftçi" ilə oyuna xüsusi köklənmişdiniz. Bunun səbəbi nə idi?
- Deməzdim ki, gözlənilməz oyun sərgilədik. Çünki ardıcıl qələbələr qazanmışıq və bunun da ardı gəlir. Hətta deyərdim, əvvəlki oyunlarla müqayisədə bu görüşdə zəif təsir bağışladıq. Səfərdə oynadığımız üçün daha çox müdafiəyə diqqət yetirirdik. Oyunu əks hücumlar üzərində qurduq ki, bu da bəhrəsini verdi. Rəqibin müdafiəsində yaranan boşluqlardan istifadə edərək qələbə qazandıq.
- Bu qələbədən sonra “Neftçi” ilə aranızdakı xal fərqi 3-ə endi. Artıq “Qəbələ”nin çempionatın bürünc medallara iddia etdiyini söyləmək olar?
- Bütün diqqətimizi üçüncülük uğrunda yarışa yönəltmək istəməzdim. Sadəcə olaraq oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Əgər bunu bacarsaq, bürünc medal özü gələcək.
- İkinci hissədə bir neçə epizodda futbolçular arasında gərginlik yaşandı. Gərginliyə səbəb nə idi?
- Bu oyunu derbi adlandırmaq olar. Çünki biz Azərbaycanın ən yaxşı komandalardan birinə qarşı oynayırdıq. Bu oyunda hər iki tərəf qələbə qazanmaq istəyirdi. Buna görə bir qədər gərginlik yaşandı.
- Qısa zamanda komandada hansı dəyişiklik baş verdi ki, “Qəbələ” ardıcıl yeddinci qələbəsini qazandı?
- Hesab edirəm ki, komandamız yaxşı oyun nümayiş etdirməyə çalışır. Oyunçular hazırda bir-birini daha yaxşı anlayır. Qış fasiləsindən sonra belə deyildi. Komandanın zamana ehtiyacı var idi. Qarşıdakı turlarda daha yaxşı oyun nümayiş etdirəcəyik.
- "Qəbələ"nin avrokuboklara vəsiqə qazanmaq şansı artıb. Avropada komandadan nə gözləmək olar?
- Hazırda bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. İndidən avrokuboklar haqda düşünmək istəməzdim. İlk öncə çempionatı yüksək pillələrdə başa vurmalıyıq. Sonrasına baxarıq.
- Qol sevincini özünəməxsus şəkildə qeyd etdin...
- Bu, tibbi personalla aramızda olan sirdi. Qol sevincimin mənasını onlar bilir.
Məftun Mahiroğlu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda