"Azərbaycan millisi bundan artığına qadirdir" – Prosineçki

"Azərbaycan millisi bundan artığına qadirdir" – Prosineçki
MÜSAHİBƏ 28 Mart 2015 / 23:42 13277
-  A +

“Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsində  Malta üzərində qələbədən (2:0) sonra  deyib.

-Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı. Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb onun necə hücumçu olduğunu Azərbaycan xalqına göstərmədiniz?

-Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.

- Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə idi?

- Sözsüz ki, psixoliji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı.

- Razısızmı bu gün millimizdə ən zəif Arif Daşdəmirovla Əfran İsmayılov idi?

- Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər. Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim. Ümid edirəm ki, legioner həyətı keçirən futbolçularımız da klublarında daha çox çıxış edəcək.

- Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə qiymətləndirirsiniz?

- Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, stabil futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futboçudur. Ondan çox razıyam.

- Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi sizi təəssüfləndirmədi ki?

-
Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər.

-Matçın sonunda hiss olunurdu ki, futbolçularımızda yorğunluq var. Qarşıdan fiziki cəhətdən daha güclü olan Norveç millisi ilə oyun gəlir. Komandamızın fiziki durumu həmin görüşdə yaxşı nəticə qazanmağa imkan verəcəkmi?

- Fiziki durumun üzərində işləmək üçün vaxtımız olmadır.  Norveçlə görüşə qədər kifayət qədər vaxtımız olacaq.

- Əgər oyunun gedişində hesab 1:1 olsaydı, B planınız nə olacaqdı?

- Futbolda hər şey mümkündür. Rəqib hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Mənim də öz planım var idi. Ancaq bunu
açıqlamaq istmirəm. Bundan sonra daha yaxşı oyunlarımız olacaq. Mən çalışıram ki, komandamızı hər cəhətdən inkişaf etdirəm.

-Millimizi bu taktiki sxem əsasında quracaqsız, yoxsa sırf Malta üçün bu sistemdən istifadə etdiniz?

- Maltanın oyunlarını yaxşı analiz etmişdik. Bilirdik ki, cinahları zəifdir. Hər iki qolu rəqibin cinahda etdiyi səhvlərdən sonra vurduq. Sabahdan Norveçlə oyunun hazırlığına başlayacağıq. Bundan sonra daha yaxşı taktiki sxemlərdən istifadə edəcəyik.

-Mahir Şükürov ehtiyatda qaldı. Rəşad Sadıqov istənilən oyunu nümayiş etdirmədi. Artıq millimizi gəncləşdirməyin vaxtı çatıbmı?

- Azərbaycanda potensiallı oyunçular çoxdur. Rəşad haqda dediklərinizlə razı deyiləm. O, yaxşı oynadı. Rəşad hələ millidə bir neçə il çıxış edə bilər.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu