“Sabah” və “Vikinq”in gəncləri üz-üzə

“Sabah” və “Vikinq”in gəncləri üz-üzə
ÇEMPİONLAR LİQASI 4 Noyabr 2026 / 11:08 312
-  A +

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxacaq.

QOL.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gələcək. Görüşə saat 16:00-da start veriləcək.

“Sabah” bunadək keçirdiyi matçlarda “Mançester Yunayted”ə (0:5), “Slaviya”ya (0:3) və Dortmund “Borussiya”sına (0:2)  uduzub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi hazırda xalsızdır və 36 komanda arasında sonuncu yerdədir.

Xatırladaq ki, bu klubların əsas komandaları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gecə Bakı vaxtı ilə saat 00:00-da "Viking Stadium"da üz-üzə gələcəklər. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner