Son illər Türkiyə PTT birinci liqasına üz tutan azərbaycanlı futbolçuların sayı artmaqdadır. Əksəriyyəti isə qardaş ölkədə gününü ehtiyat oyunçular skamyasında keçirir. Futbolumuzun bu acı durumu ilə bağlı Məşqçilər Komitəsinin sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov Qol.Az-a danışıb.
- Futbol getdikcə inkişafdadır. Harda işləmişəmsə, bunu bildirmişəm ki, futbolla ayaqlaşmaq lazımdır. Azərbaycanlı oyunçuların ölkə xaricində möhkəmlənə bilməməsinin ən böyük səbəbi müasir futbolla ayaqlaşa bilməmələridir. Günahı özümüzdə axtarmalıyıq. Niyə Mahir Şükürov hər bir klubda əsas oyunçuya çevrilə bilir? Hər şey futbolçuların özlərindən asılıdır.
- Sizcə, problem futbolçularımızın keyfiyyət məsələsidir, yoxsa başqa çətinliklər var?
- Türkiyə klublarında heyətə düşə bilməyənlər elə daxili çempionatda çətinlik çəkənlərdir. Buna görə ölkə xaricində də onlar problemlə üzləşirlər. Konkret kimlərin oynamamasından danışırsınız?
- Məsələn, üzdə olan oyunçularımızdan Vaqif Cavadov əsasən ehtiyatda qalır. Cavid İmamverdiyev "Elazığspor"dan uzaqlaşdırılıb. Digərlərinin isə heç adını eşitmirik.
- Vaqif Cavadov əsas heyətdə oynamağa layiq futbolçudur. Cavid İmamverdiyev elə "Neftçi"də də ehtiyatda qalırdı. Digərləri də onun kimi. Hər şey futbolçuların özlərindən asılıdır. Dünya futbolunun inkişaf etdiyi bir vaxtda futbolçularımız yerində saymamalıdır.
- İnkişafdan söz düşmüşkən, PTT birinci liqası futbolçularımız üçün tranplin rolunu oynaya bilər?
- Yox. Düşünürəm ki, bəzi məcburi addımlar atmalıyıq ki, futbolçularımız zəif çempionatlara üz tutmasınlar. Onların zəif çempionatlarda çıxışı ümumi futbolumuzun ziyanınadr. Hansısa qərarımız futbolçularımızın aşağı səviyyəli çempionatlara meyl etməsinə yol açmamalıdır. Vaxtilə həm futbolçu, həm də məşqçi kimi Azərbaycandan kənarda faəliyyət göstərmişəm. Hər bir işdə ilk növbədə üstün olduğunu sübut etməlisən.
- Futbolçularımızın Avropa klublarının maraq dairəsinə düşməməsini nə ilə əlaqələndirərdiniz?
- Bunun səbəbləri çoxdur. Bu yöndə iş görmək, şərait yaratmaq lazımdır ki, futbolçularımız Avropa klublarında çıxış edə bilsinlər. Əgər onlarla maraqlanan varsa, niyə də gedib oynamasınlar? Rəqabət olan yerdə inkişaf ola bilər. Heyətə düşməyin çətinliyindən qorxmaq lazım deyil. Problem ondadır ki, Avropa klublarından bizim futbolçulara təklif gəlmir. Təklif gəlsə və onlar buna rədd cavabı versə, onda nəsə danışmaq olar.
- Sizcə, bizdə elə futbolçu varmı ki, Avropada çıxış etsin?
- Azərbaycan futbolu böyük potensiala malikdir. Mən həm Azərbaycanda, həm də ölkə xaricində bir çox klubda çalışmışam. İnanın ki, hər bir futbolçumuz ölkə xaricində oynaya bilər. Ancaq istək olmaldır. Özlərinə inanmalıdırlar. Ən vacibi odur ki, futbolçu xarici klubda oynamağa hərtəfli hazır olsun.
Ramiq AĞAMƏMMƏDOV
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi