Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandasının futbolçusu Melis Sarıaltının şok fotoları yayılıb. Qol.Az-ın sportnet.az saytına istinadən yaydığı məlumata görə, Almaniya "Bayer"inə məxsus yarımmüdafiəçi ötən gün Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulub.
O, əynində "Kurdistan" ("Kürdüstan") yazılmış köynək və əlində PKK terrorçularının və təşkilatın lideri Abdullah Öcalanın fotosunun əks olunduğu bayraqla nümayişə çıxıb. O, "Facebook" profilində paylaşdığı fotoya "Kobani yalqız deyil" statusunu yazıb. Nümayişçilər də PKK lideri Abdullah Öcalanın şəkli olan bayraq qaldırıblar.
Sarıaltının bu addımı heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əlində kürd bayrağı tutan və terrorçu PKK lideri Abdullah Öcalanın şəklinin nümayiş etdirildiyi aksiyaya qatılan futbolçunun millimizdə oynamasının yolverilməzliyi vurğulanıb.
Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludan münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Melis Sarıaltın 14 yanvar 1996-cı ildə Türkiyənin Tunceli vilayətinin Dersim şəhərində anadan olub. "Facebook" profilindəki qeydlərinə əsasən, o, hazırda Almaniyanın Köln şəhərində yaşayır. Sarıaltın əvvəlcə Azərbaycanın 17 yaşadək yığmasının heyətinə cəlb olunub. Yeniyetmə futbolçu U-17 millimizdə ilk rəsmi matçını 30 sentyabr 2011-ci ildə Avropa çempionatının seçmə oyununda Ukraynaya qarşı keçirib. Bu ildən isə o, U-19 millimizdə çıxış etməyə başlayıb. Ötən ay Sarıaltın Avropa çempionatının seçmə oyunlarında Ukrayna, Danimarka və Kiprə qarşı forma geyinib.
Yuxarı
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi