"Sabah" UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində bu gün ilk matçını keçirib. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə üz-üzə gəlib. Matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəlcə oyunçularımı təbrik edirəm. Azərbaycan futbol azarkeşlərini ÇL-dəki ilk qələbəmiz münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bilirdik. Oyunçularıma deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha çox səbirli olmalısan. Çox məmnunam. Amma hələ heç nə demək deyil. Bizi çətin səfər gözləyir. Süni meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməsə də, kifayət qədər oyunçumuz var ki, onu əvəzləyə biləcək. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq.
- Solvetin qırmızı vərəqə alması cavab oyununda sizə nə dərəcədə çətinlik yaradacaq?
- Görəcəyik. Ötən mövsüm bəzi oyunlarımızı Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.
- Daha böyük hesablı qələbə qazanmaq şansınız var idi. 2:0 hesabı cavab görüş öncəsi nə dərəcədə risklidir?
- Daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bugünkü oynadıqlarından fərqli olaraq cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır.
- Bir həftə ərzində yeni transferlər baş tuta bilər?
- Bu barədə danışmaq erkəndir. Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını görəcəyimiz tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi səfərdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklənəcəyik. Zədələr də ola bilər. Çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik.
- Rəqib baş məşqçi daha çox uzun yoldan şikayətləndi. Siz də səfər görüşü üçün uzun yol qət edəcəksiniz. Bu, sizin üçün nə dərəcədə problem yaradacaq?
- Onlar necə bura gəlibsə, biz də uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın.
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır