Haiti millisi 2026-cı il dünya çempionatının startı ərəfəsində FİFA-nın tələbi ilə ev və səfər formalarının dizaynını dəyişdirməyə razılaşıb.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilib ki, FİFA yığmanın ilkin forma variantını üzərində “siyasi məzmun” daşıyan elementlər olduğu üçün təsdiqləməyib. Buna səbəb formanın üzərində Haiti inqilabının iştirakçılarının siluetləri və 1803-cü ildə baş vermiş Vertyer döyüşünü əks etdirən təsvirlərin yer alması olub. FİFA-nın forma qaydalarına əsasən, hərbi əməliyyatlarla bağlı istənilən şüar, bəyanat və ya görüntülərin istifadəsi qadağandır. Təşkilatın komitəsi süngü təsvirlərinin qaydaları pozduğunu hesab edib.
Haiti millisinin nümayəndələri qərarı “yanlış şərh” adlandırsalar da, formaların istehsalçısı olan Kolumbiyanın “Saeta” şirkətindən dizaynda dəyişiklik edilməsini istəyiblər. Nəticədə tarixi təsvirlər formadan tamamilə çıxarılıb. Haiti millisinin futbolçuları FİFA-nın turniröncəsi rəsmi fotosessiyasında artıq yenilənmiş, sadə dizaynlı formalarla iştirak ediblər.

DÇ-2026-nın rəsmi himni təqdim edildi - Video
İngiltərə klubunda gözlənilməz ayrılıq
Donald Trampdan viza problemlərinə reaksiya
Yeni müqavilədən imtina etdi, "Tottenhem"ə keçdi
Yığmadan azarkeşlərə jest
"Şamaxı" millinin oyunçusunu transfer etdi
Azarkeşləri tənqid edən klub sahibi üzr istədi
"Kayserispor"un yeni baş məşqçisi bilindi
Çempion komandaya FİFA-dan transfer qadağası
Filip Ozobiç "Turan Tovuz"dan ayrıldı
Yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbol bir araya gəldi - Şəkillər
Messi 69 illik rekordu yenilədi
"Turan Tovuz"un formasını geyinmək mənim üçün şərəf idi"
"Şəfa"da daha üç ayrılıq
“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - Rəsmi
12 ildir "Tottenhem"də olan futbolçu ilə müqavilə uzadıldı
Loris Karius daha 2 il "Şalke"də
Azərbaycan millisi 2-ci səbətdə
Daha iki legioner "Karvan-Yevlax"dan getdi
Macarıstan - Qazaxıstan matçında qorxulu an - Video
"Şəfa"dan üçüncü transfer