Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
QOL.az xəbər verir ki, Bitola şəhərində baş tutacaq qarşılaşma Gürcüstandan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Teona Sturua olacaq. Ona yan xətt hakimləri Elene Eloşvili və Sopo Tsuluya kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Tamta Şengeliya yerinə yetirəcək.
Qeyd edək ki, "Petar Miloşevski" stadionunda keçiriləcək Şimali Makedoniya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”