“Məğlub olduğumuz üçün təəssüflənirik. Lakin 90 dəqiqə ərzində temp yaxşı idi. Xəyal Əliyevin oyunun əvvəlində zədələnməsi planlarımızı pozdu”.
QOL.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov Maltaya qarşı keçirilən yoxlama oyunundan sonra deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Çoxdandır bu qədər qol epizodu yaratmırdıq. Ümumilikdə bu, müsbət məqamdır. Lakin şanslardan yararlanmaq lazım idi. Yoxlama oyunu olduğu üçün bəzi anlarda riskə getdi. Çoxlu qol epizodu yaratmağımız sevindirici məqam olsa da, fərqlənə bilməməyimiz təəssüf doğurur. Bəzi futbolçular oyun praktikasının yoxluğundan əziyyət çəkirlər”.
Millimizin baş məşqçisi rəqibin ikinci qolundan sonra Abdulla Xaybullayev və Anton Krivostsyuk arasında yaranan narazılığa belə münasibət bildirib: “Həmin vaxt epizodun təkrarını izləyirdim. Ona görə də həmin anı görmədim. Lakin millidə bu cür hallara imkan verməyəcəyik. Bu haqda söhbətimiz olacaq. Komanda qalib gəlmək istəyirdi. Bu da emosiyanı artırırdı. Lazımi addımları atacağıq”.
Abbasov buraxılan qollara da toxunub: “Rəqib bizi əks-hücumlarda yaxaldı. Geriyə daha tez qayıtmaq lazımdır. Futbolçular bir-birilərini sığortalaya bilmədilər”.
Jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”