“Oyunlarımız çox çətin keçdi. Qrupda birinci olduq. Bundan sonra pley-offda bizi çox güclü rəqiblər gözləyirdi”.
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov milli komandamızın tarixində ikinci dəfə Avropa çempionu olmasını şərh edərkən deyib.
O, qazanılan uğuru komandanın hazırlığını yüksək səviyyədə olması ilə əlaqələndirib: “Rəqiblər güclü olsa da, komandamız turnirə çox yaxşı hazırlaşmışdı. Fiziki durum yaxşı idi. Bunun sayəsində ardıcıl qələbələrlə finala adladıq. Həlledici görüşdə də qalib gəlməklə ikinci dəfə Avropa çempionu olduq. Biz həm də son dünya çempionuyuq. Bu onu göstərir ki, uşaqların hazırlığı tam yerində idi”.
Federasiya rəsmisi çempionluqda azarkeşlərin də rol oynadığını söyləyib: “Slovakiyadakı səfirliyimizin əməkdaşlarına minnətdarlığımızı bildiririk. İlk gündən bizim yanımızda oldular. Komandanı turnir boyu dəstəklədilər. Hər oyunumuzda zala istər Bratislavada, istərsə də Avropanın digər şəhərlərində yaşayan həmyerlilərimiz toplaşırdılar. Eləcə də Azərbaycanda komandamıza çox güclü dəstək var idi. Bu dəstəyin qarşılığında komandamız hər oyuna qələbə üçün çıxırdı. Yekunda da çempion olduq”.
T.Nəsibov ölkə rəhbərliyinin milli komandamıza dəstəyini xüsusi vurğulayıb: “Cənab Prezidentimizə təşəkkürümüzü bildiririk. Vətənə qayıdan kimi dövlət başçımız tərəfindən Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılması haqda sərəncamı eşitdik. Həm federasiyamız, həm də komandamız adından cənab Prezidentimizə minnətdarıq. Daim dövlət başçımız bizə diqqət göstərir. Bu, bizi çox qürurlandırır. Məhz bu diqqət və qayğının nəticəsi daim komandamızın qazandığı uğurlu nəticələrdə böyük rol oynayır”.
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir