“Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək.
QOL.az xəbər verir ki, bu barədə PFL-in prezidenti Elxan Səmədov sportnet.az-a müsahibəsində bildirib.
"AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiqliklə təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub “Qəbələ”dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri “Sumqayıt”, üçüncü yeri isə “Şamaxı” tutub.
Eyni zamanda, Premyer Liqanı tərk edən “Karvan-Yevlax” klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək", - deyə qurum rəsmisi bildirib.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”