"Mənim Danilo Beskorovaynıy ilə münaqişəm haqqında yazan jurnalist buradadır? Bu xəbər doğru deyil. Belə yalan xəbərlərin yayılması həm oyunçu, həm klub, həm də mənim üçün çox üzücü və mənfi haldır. Danilonun oynamamasının bu iddialarla heç bir əlaqəsi yoxdur. Bayram fasiləsi zamanı onun Ukraynada sənədlərlə bağlı bəzi işləri var idi və bu səbəbdən məşqlərə üç gün gecikmişdi. Oynamaması da sırf bununla bağlıdır".
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 27-ci turunda “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
- Oyun haqda fikriniz necədir?
- Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu kontrol altında saxladıq.
- Birinci hissədəki qorxaq futbol oynamağınız nə ilə bağlı idi?
- Düzünü deyim, bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq.
- Dini bayramla bağlı sizi təbrik edirik. Maraqlıdır, dünən kilsədə etdiyiniz dualarınız arasında bugünkü oyun var idi?
- Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsünüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, "Araz-Naxçıvan"la görüş, "Neftçi" ilə matç. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir.
- "Sumqayıt"ın Premyer Liqadan düşmək təhlükəsi haqda düşünürsünüz? Çünki "İmişli" bu gün qalib gələrək xal fərqini azaltdı.
- Düşünmürəm. Təbii ki, hər şey ola bilər. Altı oyun qalıb. Amma inanmıram ki, bu baş versin.(sportal.az)
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video