U-15 millilərinin turnirində yaş qalmaqalı

U-15 millilərinin turnirində yaş qalmaqalı
DÜNYA FUTBOLU 11 Aprel 2026 / 09:16 433
-  A +

Afrikada keçirilən Mərakeş U-15 – Seneqal U-15 oyunundan sonra qalmaqal yaranıb.

QOL.az xəbər verir ki, görüşdə Seneqal yığması 4:0 hesabı ilə məğlub edib. Lakin matçdan sonra Mərakeş tərəfi – azarkeşlər və yerli media – rəqib komandanın yaş məsələsində qaydaları pozduğunu iddia edib.

Sosial şəbəkələrdə ən çox yayılan fikirlərdən biri isə ironik şəkildə “bu, U-15 yox, U-51 komandalarının oyunu idi” ifadəsi olub.

Qeyd edək ki, daha əvvəl də Seneqalın bəzi aşağı yaş qruplarında çıxış edən futbolçularının yaşının saxtalaşdırılması ilə bağlı hallar gündəmə gəlmişdi. Yeni iddiaların araşdırılıb-araşdırılmayacağı isə hələlik açıqlanmayıb.


Son xəbərlər
topaz banner