Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Vitali Vernidubun komandasının ardıcıl 3-cü qələbəsi olub. Komandalar arasındakı ilk dövrədəki oyunda “Neftçi” rəqibini 5:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında əldə edilən ilk qələbəsi oldu. Adıçəkilən komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində hər ikisinin hesabında 30 xal olmaqla “Sumqayıt” 5-ci, Naxçıvan klubu isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
20-ci tur
15 fevral
17:00. "Araz-Naxçıvan" - "Sumqayıt" - 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"
14:30. "Kəpəz" - "Neftçi" - 1:3
Qollar: Bassala Sambu, 27 (0:1), Rauf Hüseynli, 35-pen. (1:1), Bassala Sambu, 38 (1:2), Emin Mahmudov, 40 (1:3)
Qırmızı vərəqə: Məqsəd İsayev, 72 ("Kəpəz")
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu
16 fevral
14:30. "Şamaxı" - "Turan Tovuz"
17:00. "Qəbələ" – "Sabah"
14 fevral
"İmişli" - "Qarabağ" - 0:1
"Zirə" - "Karvan-Yevlax" - 1:0

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı