“Tottenhem” Harri Keyni “Qızıl top”a görə təbrik etdi

“Tottenhem” Harri Keyni “Qızıl top”a görə təbrik etdi
XƏBƏR 27 Oktyabr 2026 / 13:58 197
-  A +

"Tottenhem”in sabiq kapitanı Harri Keynin “Qızıl top” mükafatını qazanması London klubunun da diqqətindən yayınmayıb.

QOL.az xəbər verir ki, İngiltərə təmsilçisi hazırda “Bavariya”da çıxış edən hücumçunu sosial şəbəkə hesabında təbrik edib.

“Harri, səni təbrik edirik”, – deyə klubun paylaşımında bildirilib. Paylaşımda Keynin “Tottenhem” formasında fotosu yer alıb və üzərinə “Bizdən biri” sözləri yazılıb.

Qeyd edək ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. O, 2009–2023-cü illərdə icarə əsasında çıxış etdiyi klublar da daxil olmaqla, London təmsilçisinin formasını geyinib. Hücumçu bu komandanın heyətində 435 oyunda 280 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner