Konfrans Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Yagelloniya” - “Rayo Valyekano” matçı ərəfəsində Polşada dəhşətli insident yaşanıb.
QOL.az xəbər verir ki, Varşava ilə Belostok arasındakı magistral yolda təxminən 50 nəfərlik radikal azarkeş qrupu ispaniyalı azarkeşləri daşıyan avtobuslara planlı hücum təşkil edib. İki minik avtomobili ilə yolu kəsərək çəkic və teleskopik dəyənəklərlə silahlanmış şəkildə avtobusa daxil olaraq kütləvi dava salıblar.
Hücum nəticəsində 9-u ispaniyalı, 1-i polyak olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gələnə qədər cinayətkarların ərazidən uzaqlaşdığı bildirilir.
Qeyd edək ki, Polşa və İspaniya təmsilçiləri arasındakı qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:45-də baş tutacaq. Meydan sahibi “Yagelloniya” 8 xalla turnir cədvəlində 8-ci, qonaq “Rayo Valyekano” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”