“Milan”a yeni baş məşqçi təyin edilib.
QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
"Rossoneri” Massimiliano Alleqrinin komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib.
Daha əvvəl KİV-də “Milan”nin ona iki illik müqavilə təklif etdiyi bildirilmişdi. Mütəxəssisin illik maaşı 5 milyon avroya çata bilər. Əlavə olaraq bonus ödənişləri də nəzərdə tutulur.
“Klub Massimiliano və onun əməkdaşlarını səmimi şəkildə salamlayır və onlara uğurlar arzulayır”, — deyə klubun rəsmi saytında yerləşdirilən press-relizdə qeyd olunub.
Alleqri 2010–2014-cü illərdə də “rossoneri”nin baş məşqçisi olub. Onun rəhbərliyi altında “Milan” 2010/2011 mövsümündə İtaliya çempionu olub və İtaliya Superkubokunu qazanıb. 57 yaşlı mütəxəssisin son iş yeri 2021–2024-cü illər arasında çalışdığı “Yuventus” klubu olub.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video