Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçudur. Hazırda 2-ci liqa təmsilçisi “Şahdağ Qusar”da çıxış edən 35 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqalarında 451 oyun keçirib ki, bu da hələlik digər futbolçular üçün əlçatmaz görünür. Azərbaycan millisinin, “Xəzər Lənkəran”, “Qarabağ” və “Səbail”in sabiq üzvü 2023-cü ildə karyerasını başa vursa da, bir neçə aydan sonra yetirməsi olduğu “Şahdağ Qusar”a qayıdaraq futbola davam edib.
Rahid Əmirquliyevin QOL.az saytna müsahibəsini təqdim edirik.
- Kapitanı olduğunuz “Şahdağ Qusar” 2-ci Liqada liderliyini davam etdirir. Komandanızın çıxışlarını nece dəyərləndirirsiniz?
- Bəli, ilk yerdə qərarlaşmışıq. İşlərimiz hələ ki, yaxşı gedir. Uğurlu çıxışlarımızın davamını gətirmək istəyirik. Hədəfimiz çempionluqdur. Əlimizdən gələni edirik ki, bu yeri əldən verməyək.
- 2-ci liqada yarışın səviyyəsi, oyunlara maraq necədir?
- 2-ci liqa yarımpeşəkar çempionat olmasına baxmayaraq, burda çox maraqlı və gərgin oyunlar olur. Çempionat demək olar ki, çox maraqlı gedir. Çempionluğa oynayan 4-5 komanda var. Bu da yarışda rəqabəti artıran əsas faktlardandır.
- Uzun illər Premyer Liqada çıxış etmiş biri kimi 2-ci liqada oynamaq sizin üçün nə dərəcədə asan və ya çətindir?
- Düzdür, karyeramda 1-ci və ya 2-ci liqa olmamışdı. Əslində karyeramı bitirmişdim. Amma sonra mənə doğma olan “Şahdağ Qusar” klubu bərpa olundu. Buna görə də özümə borc bildim ki, yetirməsi olduğum ilk klubuma kömək edim. Yəni buna görə karyeramı bərpa etdim. Bu klub olmasaydı, karyeramı bərpa etməyəcəkdim. Sırf “Şahdağ Qusar”a kömək etmək üçün belə qərar verdim və futbola qayıtdım. Bu çempionat Premyer Liqadan çox fərqlənsə də, səviyyəsi pis deyil. Mənim üçün də burda oynamaq asandır.

- Komandanız bu mövsüm 16 oyunun hamısında qalib gəlib və cəmi 4 top buraxıb. Rəqiblərdən bu aşkar üstünlük nə ilə bağlıdır?
- Artıq ikinci ildir ki, 2-ci liqada çıxış edirik. Ötən mövsüm də hədəfimiz çempionluq idi, ancaq son anda bunu əldən verdik, 1-ci liqaya yüksələ bilmədik. Bu mövsüm heyəti qoruya bildik. Yaxşı komandamız var. Rəhbərlik və məşqçilərin də əməyi ilə ortaya yaxşı nəticə çıxır. Ardıcıl 16 oyundur qalib gəlsək də, rəqiblərdən “Şəfa” bizi addım-addım izləyir. Bu 16 oyunun heç biri bizə asan gəlməyib. Bəlkə də bu rəqəm qıraqdan kiməsə asan görünür. Amma biz çox çətinliklə qələbələr qazanmışıq.
- Sona qədər bu tempi qoruya biləcəksiniz?
- Bunu zaman göstərək. Biz buna fikir vermirik. Öz işimizi sona qədər doğru görməliyik. Var gücümüzü ortaya qoymalıyıq ki, sonda çempion olaq. Bunun başqa yolu yoxdur. Bu tempi sona kimi qorumağa çalışırıq.
- Hər halda hədəfiniz 1-ci liqadır. “Şahdağ Qusar” 1-ci liqada da iddialı ola bilərmi?
- Bəli, hələ ki, hədəfimiz 1-ci liqaya yüksəlməkdir. Əvvəlcə bunu reallaşdırmaq lazımdır. Sonra bu haqda danışmaq daha düzgün olar. Rəhbərlik bizdən nə tələb edəcək, hansı yerlər üçün oynayacağıq, bunu yeni mövsümün əvvəlində biləcəyik. Qeyd etdiyim kimi, bizim yaxşı komandamız var. Birinci liqada çıxış edə biləcək heyətə malikik. Düzdür, yaxşı futbolçuların sayının daha çox olması lazımdır. Bunu da mövsümün sonuda klub rəhbərliyi müəyyən edəcək.
- Mövsümün sonunda klubla müqaviləniz başa çatır. Qarşıdakı planlarınız necədir?
- Yeni mövsümdə komandanın hədəfləri nə olacaq, hələ ki, bilinmir. Ona görə də karyeram haqda da nəsə deməyə çətinlik çəkirəm. Hələ ki, bütün fikrim “Şahdağ Qusar”la çempion olmaq və 1-ci liqaya yüksəlməkdir. Sonra da vəziyyətə baxarıq.
- Siz 451 matçla Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçusunuz. Yaxın gələcəkdə isə bu saya kiminsə çatması gözlənilmir. Gənc futbolçulara stabil çıxış etmək üçün nəyi tövsiyə edərdiniz?
- Bəli, ən çox oyun keçirən mənəm. Amma inanıram ki, kimsə bu rekordu qıracaq. Mahmud Qurbanovun da rekordunu (bu siyahıda 421 oyunla 2-cidir – red.) kimsə çətin qırar deyirdilər. Ona görə inanıram ki, mənim rekordumu da gələcəkdə kimsə qıracaq. Hər bir futbolçu oyun formasına fikir verməlidir. Düzdür, futbolçunun enişi də olur, yüksəlişi də. Ancaq çalışmalıdırlar ki, stabil oyunu saxlasınlar. Yaxşı futbolçu olmaq istəyirlərsə, ilk növbədə həyat tərzlərinə fikir verməlidirlər. Məşq və istirahət rejimi də vacib məsələdir. Məşqdən sonra bərpa məsələləri çox önəmlidir. Bunlar birbaşa futbolçu karyerasına təsir edir. Formanı uzun müddət qorumaq üçün hər şeyə fikir verməlisən. Düzgün həyat tərzinə əməl etmək cavanlıqda bir az çətin ola bilər, amma fikrin yaxşı futbolçu olmaqdırsa, nəyisə qurban verməlisən. İndi çempionatımızda yaxşı cavan futbolçular var. İnanıram ki, nə vaxtsa onlardan hansısa mənim rekorduma çatacaq.

- Son illər milli komanda üçün yetişən futbolçuların sayı çox azdır. Qarşıdakı illərdə millimizin durumunu necə görürsünüz?
- Bəli, çox az futbolçu yetişir. Çünki uşaq futboluna fikir vermirik. İndi akademiyalarda, ümumilikdə uşaq futbolunda vəziyyət çox pisdir. Şəraitləri, meydançaları yoxdur. Bu gedişlə futbolçu çətin yetişər. Düşünürəm ki, bu yöndə işləri çox görməliyik. Uşaq futbolu çox vacibdir. Buna fikir verməliyik.
- Millimizin son uğursuzluqları ilə bağlı nə düşünürsünüz?
- Biz də millinin bu nəticələrinə təəssüflənirik. Səbəbini deyə bilmərəm, amma onu qeyd etməliyəm ki, çox çətin durumdayıq. Bilmirəm, necə olacaq. Getdikcə nəticələrimz pisləşir. Hansı ki, yaxşıya doğru getməli idi. Bunlar 1-2 ilin içində düzələn iş deyil. Struktur yaxşı olmalıdır. Uşaq futboluna fikir vermək lazımdır. Milliyə futbolçu yetişdirmək üçün uşaq futbolundan başlamalıyıq. Klublar buna fikir verməlidir. Akademiyalırını inkişaf etdirməli, uşaqlara şərait yaratmalıdırlar. Klubların akademiyalarında şəriat yoxdur. Belə şəraitdə gələcək üçün futbolçu yetişdirmək çətindir.
Ramiq Ağaməmmədov
Pedri hazırdır
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi