“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Səbail”ə qarşı keçirilən Misli Premyer Liqasıın 22-ci turunun oyunundan (5:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az müsahibəni təqdim edir.
- “Səbail”lə sönük keçən oyunun sonlarında ardıcıl qollarla qalib gəldiniz. Böyükhesablı qələbəni necə şərh edərdiniz?
- Xüsusən birinci hissə bizim üçün çox çətin alındı. “Səbail” çempionatda ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Topu özlərində yaxşı saxlayırlar, paslaşırlar, düşünülmüş hücumlar qururlar. “Səbail”in oyununu çox bəyənirəm. 5:0 hesabı matçın real mənzərəsini əks etdirmir.
- 75-ci dəqiqəyə qədər hesab açılmasa da, sonradan ardıcıl qollar gəldi. Hesabın bu həddə çatmasını nə ilə əlaqələndirmək olar?
- Rəqib uduzmaq istəmirdi. Buna görə də qol buraxdıqdan sonra irəli atıldılar, hesabı bərabələşdirməyə çalışdılar. Risk etdilər. Bunun da nəticəsində müdafiədə boşluqlar yarandı. Biz də bundan faydalandıq.
- “Səbail”in qapıçısı Əlirza Müştəbazadə sanki sizi xatırladır. Ayaqla çox rahat oynayır, tez-tez irəli çıxır. Onun çıxışını necə qiymətləndirirsiniz?
- Onun oyununu çox bəyəndim. Ayaqla inamlı oynayır, çox soyuqqanlıdır. Əla təsir bağışlayır. “Səbail”də ümumiyyətlə, qapıçılar çox yaxşıdırlar. Daha əvvəl digər qapıçı Hüseynəli Quliyevin də oyununu izləmişəm. O da çox inamlı görünür. Ayaqla rahat oynayır, qapı xətti üzərində yaxşıdır. Bu, müasir futbolun elementləridir. Çox sevinirəm ki, bizim gənc qapıçılarımız bu tərz oyuna üstünlük verirlər.

Əlirza Müştəbazadə
- Son 2 matçda “Səbail”ə qalib gəlsəniz də, “Qarabağ”ın ideal formasından uzaq olduğu görünür...
- Əslində tam gücümüzlə çalışırıq. Biz də istəyirik k, nəticələrimiz yaxşı olsun. Məşqlərdə də bunun üçün əlimizdən gələni edirik. İnanıram ki, tezliklə oyunumuz daha da yaxşılaşacaq.
- Avroliqadakı çıxışdan sonra yaranan psixoloji gərginlik buna səbəb ola bilər?
- Əlbəttə, uduzmaq çox məyusedicidir. Xüsusən də ölkədə hamı sənə ümid edirsə, inanırsa. Avropada biz Azərbaycanı təmsil edirik. Ümidləri doğrultmayanda isə psixoloji cəhətdən çətin olur. İstənilən halda məyus olursan.
- Növbəti matç “Neftçi” ilədir. Həmin qarşılaşmadan gözləntiləriniz nədir?
- Derbidir. “Neftçi” ilə oyunlarımız həmişə prinsipial keçir. Turnir cədvəlində kimin neçənci olması önəmli deyil, bu, derbidir. Azarkeşlər üçün gərgin oyun olacaq. Stadionun dolacağına inanıram. Qarşıda bizi çox maraqlı və gərgin matç gözləyir.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq