Medianın İnkişafı Agentliyinin layihəsi
1 həftə əvvəl Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan təmsilçiləri bu turnirdə uğurlu çıxış edərək 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla 11 medala yiyələndilər.
Parisdə himnimizi səsləndirib, bayrağımızı ucaldan idmançılardan biri parataekvondoçumuz İmaməddin Xəlilovdur (K44 kateqoriyası, 70 kq). O, finalda türkiyəli Fatih Çeliklə qarşılaşıb. İmaməddin 15:2 hesabı ilə qalib gələrək ölkəmizə yarışda ilk qızıl medalı qazandırıb.
Bugünkü həmsöhbətimiz də məhz Paralimpiya, dünya və Avropa çempionu İmaməddin Xəlilovdur.
- Əvvəlcə sizi Paralimpiya çempionu olmağınız münasibəti ilə təbrik edirəm.
- Çox sağ olun, təşəkkür edirəm.
- İmaməddin bəy, bu Paralimpiya oyunlarında Azərbaycana ilk qızıl medalı siz qazandırdınız. Hansı hissləri keçirdiniz?
- Çox sevincliyəm. Özümlə qürur duyuram. Paralimpiya çempionu olmaq elə bir hissdir ki, cümlələri ifadə etməyə söz tampaq olmur. Məndə də belə oldu. Söz tapa bilmirəm. Sadəcə çox sevinirəm. Sanki illərin əziyyəti sona çatıb, zəhmətimin bəhrəsini görmüşəm.

- Final görüşündən sonra türkiyəli Fatih Çeliki təbrik etdiniz. Birlikdə Türkiyə və Azərbaycan bayraqlarını nümayiş etdirdiniz...
- Bəli, qələbəmizi qardaş ölkənin təmsilçisi Fatihlə birgə qeyd etdik. Belə döyüşün onsuz da qalibi olmur. Qardaşlıq qalib gəldi. İstədim ki, dayanqda da qardaşlıq qalib gəlsin, iki ölkənin bayraqları birgə dalğalansın. Orada mən də Fatihi dayanq üzərinə dəvət etdim ki, bayraqlarımızı birgə dalğalandıraq.
- Hər çempionluğun pərdəarxası məqamları, çətinlikləri var. Siz çempionluq yolunda hansı çətinliklərdən keçmisiniz?
- Təbii ki, çempionluğun pərdəarxasında çox çətin anlar var. Buna məşqlərdə tökülən tərlər, ağır keçən təlim-məşq toplanışları, ailəmdən uzaq qalmağım da aiddir. Mən ildə toplasaq, 15-20 gün Gəncə şəhərində ola bilirəm. Bakıda tək, kirayədə yaşayıram. Bunun ayrıca öz çətinliyi var. Məşqlərdən sonra gəlib evdə yemək bişirməyin, hər işini özün görməyin də çətinlikləri olur. Travmalar zədələr… Amma Allaha şükürlər olsun ki, bunların hamısının bəhrəsini gördüm.
- Bu yerlərə gəlib çıxmağınızda özünüzdən başqa kimin əməyi böyük olub?
- Bu yerlərə gəlib çıxmağımda ən böyük səbəbkar baş məşqçim Fərid Tağızadə olub. Onun mənə dəstəyi müəllimin şagirdə verdiyi dəstəkdən daha artıqdır. Mənə ən çox dəstəyi Fərid Tağızadə verib. Biz çox yaxın olmuşuq. Mənə böyük qardaşlıq edib. Psixoloji eniş yaşayanda da, maddi çətinliklə üzləşəndə də yanımda olub.
- Bəs, paralimpiyaçı olmağın çətin və müsbət tərəfləri hansılardır?
- Paralimpiyaçı olmağın ən böyük müsbət tərəfi budur ki, həyata bağlılığın artır. İnsanların səni tanımağına şahid olursan. Mən şəxsən sevinirəm. İnsanların məndən stimul alması mənə motivasiya verir. Ailələrin, valideynlərin mənə baxaraq, öz uşaqlarını qorxmadan, çəkinmədən idmana yazdırması məni ruhlandırır. O uşaqlar niyə də mənim yerimdə olmasınlar? Bu, məni həvəsə gətirir. Daha çox güclü olmalıyam ki, mənə baxan uşaqlar motivasiya alsınlar, mənim medal qazanmağımı görəndə həvəslənsinlər, evə qapanmasınlar. İdmanın bu tərəflərini sevirəm. Fiziki məhdudiyyətli uşaqlara örnək olmaq mənə qürur verir.
- Həm Paralimpiya, həm dünya, həm də Avropa çempionusunuz. Qarşıya qoyduğunuz növbəti hədəf nədir?
- Demək olar ki, bir idmançının qazana biləcəyi ən böyük uğurları qazanmışam. Paralimpiya, dünya və Avropa çempionluğu… Qarşıdakı hədəfim bu nailiyyətləri ikiqat etməkdir. Çünki bu anlar çox unudulmazdır. İnsan bir daha yaşamaq istəyir. Mənim ən böyük hədəfim yenidən Paralimpiya və dünya çempionu olmaqdır.
- Buradan idmançı, parataekvondoçu olmaq istəyən uşaqlara və gənclərə hansı məsləhətləri vermək istəyərsiniz?
- Onlara səslənirəm ki, heç nədən çəkinməsinlər, qorxmasınlar. Çətinliklər olacaq. Amma zirvəyə qalxmaq istəyirsənsə, bu çətinliklərdən keçməlisən. Uşaqların ailələrinə demək istəyirəm ki, oğullarınızı, qızlarınızı nəyəsə başlamaqdan məhrum etməyin. Qoyun haradansa başlasınlar, uğur əldə etsinlər. İnanın ki, mən hazırda buradayamsa, mənim yerimdə illər sonra onlar olmalıdır. Olacaqlar da. İstəsəniz, edə bilərsiniz. Sadəcə uşaqlar özlərinə inansınlar, güvənsinlər. Çətinliklə üzləşəndə geriyə çəkilməsinlər. Sona qədər davam etsinlər. Arzular, xəyallar qursunlar və o xəyalların arxasınca getsinlər.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər