Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son zamanlar Azərbaycanda uşaq və gənclərin marağını daha çox cəlb edən idman növlərindən biri də basketboldur. Artıq ölkəmizdə övladını basketbol məşqlərinə qeydiyyatdan keçirmək istəyən valideynlərin sayı durmadan artır.
Ona görə də bugünkü həmsöhbətimiz Abşeron Basketbol Akademiyasının məşqçisi Elçin Salmanzadə oldu.
- Elçin bəy, əvvəlcə özünüz haqda oxucularımıza geniş məlumat verə bilərsinizmi?
- Mən Elçin Salmanzadə, uşaqlarla işləməyi və basketbolu çox sevən bir məşqçiyəm. Uzun illərdir basketbolla məşğullam, həm oyunçu, həm də məşqçi kimi təcrübəm var. Son illərdə isə əsas məqsədim gənc oyunçuların inkişafına kömək etmək olub. Hazırda Abşeron Basketbol Akademiyasında çalışıram. Məqsədimiz uşaqlara sadəcə basketbol öyrətmək deyil, həm də komanda ruhunu, məsuliyyəti və idman mədəniyyətini aşılamaqdır. Basketbol mənim üçün sadəcə oyun deyil, həm də əyləncəli bir cığırdır. Bu yolda gənclərlə birlikdə irəliləmək mənə böyük motivasiya verir.
- Ölkəmizdə basketbola marağın səviyyəsini necə qiymətləndirirsiniz?
- Son illərdə ölkəmizdə basketbola maraq yavaş-yavaş artır. Xüsusən məktəblərdə və idman akademiyalarında uşaqların bu idmana yönəlməsi sevindirici haldır. Amma açıq demək lazımdır ki, hələ görəcəyimiz çox iş var. İdman infrastrukturunun inkişafı, peşəkar liqaların güclənməsi və beynəlxalq təcrübənin artması ilə marağın daha da yüksələcəyinə inanıram. Biz də məşqçilər olaraq üzərimizə düşəni edirik ki, uşaqlara basketbolu sevdirmək və bu idmanı ölkədə daha populyar etmək mümkün olsun.
- Sizcə Azərbaycanda basketbol idman növü inkişaf edirmi? Edirsə, bunun göstəriciləri nələrdir?
- Bəli, məncə, Azərbaycanda basketbol inkişaf edir. Son illərdə həm uşaq, həm də gənclər liqalarının yaradılması, məktəblərdə basketbol dərslərinin daha çox keçirilməsi və bölgələrdə akademiyaların açılması bunun ən yaxşı göstəriciləridir. Artıq valideynlərin də uşaqlarını basketbola yönəltməsi sevindiricidir. Təbii ki, inkişaf davamlı prosesdir, amma hər yeni turnir, hər yeni idmançı bu yolun irəlilədiyini göstərir. İnanıram ki, yaxın illərdə Azərbaycan basketbolu həm regionda, həm də beynəlxalq arenada daha tanınacaq.
- İnkişaf yolunda hansı maneələri görürsünüz, hansı addımlar atılmalıdır?
- İnkişaf yolunda əsas maneələrdən biri infrastrukturun hələ kifayət qədər geniş olmamasıdır. Bəzi bölgələrdə uşaqların keyfiyyətli zallara və peşəkar məşqçilərə çıxışı məhduddur. Digər bir məsələ, basketbolun kütləviləşməsi üçün daha çox turnir və tədbirin təşkilinə ehtiyacdır. İlk növbədə məktəb və universitet səviyyəsində liqaların gücləndirilməsi, bölgələrdə akademiyaların dəstəklənməsi və məşqçi hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir. Əgər biz bu istiqamətdə birlikdə çalışsaq, basketbolun ölkədə çox qısa zamanda daha böyük kütləyə çatacağına əminəm. Amma qeyd etmək lazımdır ki, bu maneələr də müvəqqəti xarakter daşıyır. Çünki Azərbaycan Basketbol Federasiyası tərəfindən sistemli və çoxşaxəli tədbirlər həyata keçirilir. Bu silsilə tədbirlərin nəticəsinin yaxın zamanda özünü göstərəcəyini düşünürəm.
- Sizcə, basketbola oğlanlar daha çox maraq göstərirlər, yoxsa qızlar?
- Əvvəllər oğlanların basketbola marağı daha çox idi, amma indi vəziyyət xeyli dəyişib. Artıq ölkəmizdə hər yaş qrupuna uyğun qız basketbol liqaları var və bu, qızların idmana qatılmasını daha da artırıb. Akademiyalarda, məktəblərdə və liqalarda qızların həm sayı, həm də səviyyəsi yüksəlir. Son 3 ildə qızlarımız Avropada böyük nailiyyətlər əldə ediblər - U-16 milli komandamız ard-arda iki dəfə Avropa çempionatının C divizionunda qızıl medal qazanıb. Bu, həm idmançılarımız, həm də ümumilikdə Azərbaycan basketbolu üçün böyük motivasiyadır. Mənim üçün fərq yoxdur - istedad, zəhmət və oyuna sevgi hər iki cinsdə də bərabərdir. İnanıram ki, bu templə davam etsək, Azərbaycan qız basketbolu yaxın illərdə beynəlxalq arenada daha da tanınacaq.
- Buradan basketbolçu olmaq istəyən uşaqlara və gənclərə hansı sözləri demək istəyərsiniz?
- İlk növbədə inanın ki, hər şey mümkündür. Basketbol yalnız boy və fiziki gücdən ibarət deyil — əzmkarlıq, intizam və sevgi bu oyunun əsas sirridir. Əgər hər gün bir addım irəli getsəniz, nəticə qaçılmazdır. Uğur bir gündə gəlmir, amma hər məşq, hər oyun sizi məqsədinizə yaxınlaşdırır. Ən əsası isə, oyundan zövq alın və komanda yoldaşlarınızı özünüz kimi dəyərli bilin. Çünki basketbol təkcə idman deyil, həm də komanda ruhunu, birlikdə çalışmağı və qarşılıqlı etimadı öyrədən bir dərsdir.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"