Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
1-ci hissə
Misli Premyer Liqasında 2024/25 mövsümü başa çatdı. 36 turun matçları həm də rəngarəng məqamlarla diqqət çəkdi. 2024/25 mövsümü ərzində Premyer Liqa komandalarının heyətində yeni adlarla qarşılaşdıq. Söhbət azərbaycanlı gənc futbolçulardan gedir.
Azərbaycan futbolunda ciddi oyunçu çatışmazlığını nəzərə alsaq, gənc futbolçuların Premyer Liqada debütünü, oyun şansı almağını görmək əlbəttə ki, futbol ictimaiyyətini sevindirir.
Bugünkü mövzumuz da Misli Premyer Liqasının 2024/25 mövsümündə Premyer Liqada üzə çıxan gənclərimizə həsr olunub.
Həmsöhbətimiz - Azərbaycan U-21 millisinin və "Şamaxı" Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov mövzu haqda fikirlərini bölüşüb.
O, əvvəlcə Premyer Liqada debüt edən, öz oyunu ilə diqqəti üzərinə çəkən futbolçuların adlarını sadalayıb: "Başa çatan mövsümdə Premyer Liqada xeyli futbolçu debüt etdi, üzə çıxdı. "Sabah"dan Xəyal Əliyevi qeyd edim. Həqiqətən də zədə almadı və çox gözəl oyun göstərdi. "Neftçi"dən Ağadadaş Salyanski və Murad Məmmədovun adını çəkə bilərəm. Murad az şans qazansa da, yaxşı çıxış etdi. Ağadadaş isə rəqabətdə üstün olurdu. O, bir çox legioner futbolçudan yaxşı oynayırdı. 15 yaşlı Amin Rzayev də "Qarabağ"da debüt etdi. O, həm də Premyer Liqada mövsümün ən gənc futbolçusu oldu. "Səbail"də Emin Rüstəmov və Oruc Məmmədova şans verildi. Bu da yaxşı idi. Sadiq Şəfiyev "Kəpəz"in heyətində oynadı. Bilirsiniz ki, "Şamaxı"da Edqar Adilxanov, Rauf Rüstəmli, Rüfət Abbasov daim meydana çıxırdılar. Bundan əlavə, "Sumqayıt"nın heyətindən Xəyal Fərzullayev, Nadir Orucov, Nihat Əhmədzadə və Sənan Muradlını qeyd etməsəm, olmaz. Onlar Premyer Liqada çox oyunda iştirak etdilər".

Mütəxəssis bu tendensiyanın sevindirici olduğunu vurğulayıb: "Belə məqamlar bizi sevindirir. Klublarımızın gənc futbolçulara inanmağı yaxşıdır. İstərdik ki, bu daimi olsun. Amma gənclər də öz üzərlərində işləməlidirlər. Çox çalışmalıdırlar".
A.Abbasov qeyd edib ki, klublar öz akademiyalarının üzərində işləsələr, daha çox gənc futbolçu üzə çıxacaq: "İlk növbədə gənclərə inanmaq lazımdır. Futbol akademiyalarına diqqət ayırmaq vacibdir. Ümumiyyətlə, gənclərə yanaşmanı dəyişməliyik. Əlbəttə ki, burada şərait də önəmlidir. Bu gün akademiyalarda şərait nə qədər yaxşı olsa, bir o qədər çox gənc futbolçu üzə çıxacaq. Aşağı yaş qruplarından ibarət komandaların, gənclərin beynəlxalq türnirlərdə iştirakı vacibdir. Bizim futbolçularımızın beynəlxalq təcrübəsi çatmır. Futbolçularımız nə qədər çox beynəlxalq yarışlara gedərlərsə, milliyə də o qədər fayda verəcəklər. Həm də klublarının özünün də beynəlxalq təcrübəsi əhəmiyyətlidir. Klublar bunun üzərində iş görməlidirlər".
O, sonda vurğulayıb ki, perspektivli gənc futbolçularla xüsusi məşğul olmaq lazımdır: "Əlbəttə ki, bəzi gənclərə individual yanaşmaq lazımdır. Çünki perspektivli futbolçuların da çatışmazlığı olur. Aydındır ki, milli komandada onlarla işləmək olmur. Amma klubda xüsusi yanaşsaq, həmin futbolçular daha tez üzə çıxacaqlar, daha yaxşı inkişaf edəcəklər. Ona görə də ən əsası, klublar gənclərə diqqət ayırmalıdırlar".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq