2-ci liqanın 6-cı turu “Xankəndi”nin böyükhesablı qələbəsi ilə əlamətdar olub.
QOL.az xəbər verir ki, “Araz-Saatlı”nın qonağı olan debütant 14:0 hesablı qələbə qazanıb.
Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qalibiyyətdir. 2008-ci ildən Premyer Liqa, 1-ci liqa, 2-ci liqa, Əvəzedicilər liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.
“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.
Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/94 mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi “Metallurq” “Göytəpə”ni 15:0 hesabı ilə məğlub edib.
14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə “Şəfa” imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/98 mövsümündə HHQ İK, 2003/04 mövsümündə isə “Lider Qarabağ”la görüşdə “Şəfa” 14 cavabsız qol vurub. “Xankəndi” Saatlı təmsilçisi üzərində qələbə ilə “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...