Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bildiyimiz kimi, U-21 millimiz ötən ay iki yoxlama oyunu keçirib. Belarus (1:3) və Monteneqro (0:0) yığmalarına qarşı nəticələr o qədər ürəkaçan olmasa da, oyunlarda müsbət məqamları da görmək mümkündür.
Bununla bağlı Azərbaycan U-21 millisinin və "Şamaxı"nın futbolçusu Rüfət Abbasovla danışdıq.
O, əvvəlcə yığmamızın Belarus toplanışını dəyərləndirib: "Bu toplanışı yaxşı qiymətləndirirəm. Ayxan Abbasovun U-21 millisinə təyinatından sonra ikinci toplanışımız idi. Məşqçilərin istədiklərini yerinə yetirməyə çalışırdıq. Toplanışı uğurlu saymaq olar. Çünki oyunçular da bir-birini yaxşı tanıdılar".
Cinah müdafiəçisi bizim ölkənin gənc futbolçuları ilə xaricilərin arasında olan fərqdən danışıb: "Burada hər bir futbolçunun böyümə şəraiti, mentaliteti, düşüncə tərzi fərqli olur. Bu da əslində normaldır. Hər bir ölkə fərqlidir".
R.Abbasov U-21 millisindəki məqsədlərdən də söz açıb: "Əsas məqsədimiz yaxşı oyun göstərməkdir. Həmçinin, özümüzü daha da inkişaf etdirmək, A milli komandaya düşmək istəyirik. Daha bir hədəfimiz isə bir komanda kimi seçmə mərhələdə yaxşı nəticələr qazanmaqdır".
Rüfət Abbasov Ayxan Abbasovun həm millidə, həm də "Şamaxı"da onun baş məşqçisi olması ilə bağlı da fikirlərini bildirib: "Mən "Şamaxı"ya gələndə əsas səbəblərdən biri Ayxan müəllimin burada olması idi. Ayxan müəllim gənc oyunçulara şans verir, dəstək olur. Onun iş prinsipi haqda hamının kifayət qədər xəbəri, məlumatı var. Tələbkar məşqçidir. Bu da ancaq futbolçuların xeyrinə ola bilər. Həm millidə, həm "Şamaxı"da onunla işləmək mənim üçün böyük üstünlükdür".
20 yaşlı oyunçu "Şamaxı"nın heyətində keçirdiyi təlim-məşq toplanışından və növbəti mövsüm üçün komandanın hədəflərindən də danışıb: "Artıq iyulun 5-dən Qəbələdə təlim-məşq toplanışına başlamışıq. Toplanışın ilkin mərhələsində daha çox fiziki yükləmələr olur. Bu da bizim xeyrimizədir ki, mövsümə yaxşı hazırlaşaq, fiziki cəhətdən dözümlü olaq. Düzdür, istirahətdən sonra bir az ağırdır. Amma yaxşı yerlərə görə mübarizə aparmaq üçün bu mərhələni keçməliyik. Növbəti mövsüm məqsədimiz yaxşı oyun göstərməkdir. Meydanda daha əzmkar oyun göstərmək istəyirik. Hədəfimiz daha çox xal yığıb, turnir cədvəlində daha da yuxarı pillələrdə qərarlaşmaqdır".
R.Abbasov legioner limitinin ləğvi barədə belə deyib: "Bu qərar haqqında nəsə deməyim düzgün olmaz. Amma mən öz adıma deyə bilərəm ki, bütün gücümlə çalışacağam ki, heyətdəki yerimi qoruyum. Əlimdən gələni edəcəyəm ki, öz oyunumu inkişaf etdirim və baş məşqçinin tapşırıqlarını yerinə yetirim. Çalışacağam ki, məşqçilər heyətinin ümidini doğruldum".
O, başa çatan mövsümdə öz çıxışı haqda da söz açıb: "Mənim üçün öz oyunumu dəyərləndirmək düzgün olmaz. Baxmayaraq ki, bütün oyunlarda meydanda oldum, çatışmayan cəhətlərim hələ çoxdur. Bunları bilirəm və çalışıram ki, həmin məqamları daha da yaxşılaşdırım".
Sonda gənc müdafiəçi öz karyerasındakı hədəflərindən danışıb: "Əsas məqsədim daim oynamaq və stabil şəkildə çıxış etməkdir. Nəticədə isə istəyirəm ki, hər zaman meydanda olaraq özümü daha da inkişaf etdirim".
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video