Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycanın FİFA refersisi Elçin Məsiyev son vaxtlar UEFA-dan müntəzəm təyinat alır. Onun başçılıq etdiyi hakimlər briqadası iyun ayında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. Məsiyev, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub. Bu və ya digər məsələlərlə bağlı onunla həmsöhbət olduq.
- Son vaxtlar davamlı olaraq UEFA-dan təyinatlar alırsınız. 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatını da buna misal göstərmək olaraq. Turnirin yarımfinalında İngiltərə - Niderland yarımfinalının ehtiyat hakimi oldunuz...
- Avropa çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu da təsadüfi deyil. Bilirsiniz ki, A milli çərçivəsində Avropa çempionatından sonra 21 yaşlıların Avropa çempionatı qitənin ən böyük turniri sayılır. Qrup oyunlarından final görüşlərinə kimi - hər bir matça güclü azarkeş marağı var idi. Mən də sevinirəm ki, bu çempionata təyinat aldım. Bu, bizə olan inamın göstəricisidir. Yarımfinalın İngiltərə - Niderland oyununa qədər orada olmaq, təyinatlar almaq bizə olan güvənin sübutudur.
- Xüsusilə təyinat almaq istədiyiniz oyun, çempionat varmı?
- Əlbəttə ki, təyinat almaq istədiyim oyunlar var. İlk növbədə məqsədimiz odur ki, Çempionlar Liqasının oyunlarını idarə edək. Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram. Bilirsiniz ki, 21 yaşlıların Avropa çempionatından sonra növbəti mərhələ A millilərin Avropa çempionatıdır. Çalışırıq ki, bu turnirə də təyinat alaq.
- İndiyədək idarə etdiyiniz oyunlardan hansı sizin üçün ən maraqlı matç olub?
- Maraqlı matçlarımız çox olub. Amma indi yalnız bir oyun yadıma gəlir. 17 yaşlıların turnirində 1 oyunda 11 penalti təyin etmişdim. Ən maraqlı matç kimi bu oyunu xatırlayıram. Premyer Liqamızda isə 1 matç yadıma gəlir. Səhv etmirəmsə, 2020/21 mövsümü idi. Sonuncu turun "Neftçi - "Qarabağ" görüşü "Qızıl oyun" da adlandırılırdı. Çox maraqlı keçmişdi. Çünki hər iki komanda üçün vacib oyun idi. Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq həmin matçda azarkeşlər iştirak edə bilməmişdilər. Əgər həmin vaxt azarkeşlərə icazə verilsəydi, məncə, oyun daha da maraqlı olacaqdı.
- Bəs hansı görüşlərdə çətinlik, təzyiq hiss etmisiniz?
- Oyunlarda çətinlik hiss etmirik. Düzdür, işimizin çətin olduğunu bilirik. Ona görə də məsuliyyət hiss edirik. Hər bir oyuna məsuliyyətli yanaşırıq. Azarkeşi çox olan matçlarda təzyiq də çox olur. Bu, bizim işimizin bir parçasıdır. Hər bir hakim o təzyiqlə işləməyi bacarmalıdır. Oyunlarda qərarları biz qəbul ediriksə, o təzyiqləri də göməliyk. Normal haldır.
- Ümumiyyələ, Azərbaycanlı hakimlərə qarşı münasibət necədir?
- Hakimlərə qarşı münasibət yaxşıdır. Son illərdə münasibət dəyişib, yaxşılaşıb. Düzdür, biz futbolda digər ölkələrdən geridə qalırıq. Bu da bizim işimizə çətinlik yaradır. Məsələn, futbolçularımız əlavə güc sərf etməlidirlər ki, onların səviyyəsinə çatsınlar. Biz hakimlər üçün də belədir. Biz də ikiqat güc sərf edirik. Kiçik futbol ölkəsindən gəldiyimiz üçün çox çalışmalıyıq, özümüzü göstərməliyik ki, inam qazanaq.
- Misli Premyer Liqasının oyunlarını da idarə edirsiniz. Ölkə xaricindəki oyunlarla yerli matçlar arasında nə kimi fərqlər var?
- Bəzən Misli Premyer Liqasında da keyfiyyətli, sürətli oyunların şahidi oluruq. Amma ümumilikdə xarici çempionlardan geri qalırıq. Həm sürət, həm keyfiyyət, həm topun aktiv vaxtı baxımından xaricdəki matçlar bizim oyunlardan üstündür. Bir də onu qeyd edib ki, biz azarkeş sayında da onlardan geri qalırıq.
- Azərbaycan futbol hakimliyində hansı boşluqları görürsünüz?
- Azərbaycanda futbol hakimliyi doğrudan da inkişaf edir. Bəlkə də bu, kənardan belə görünmür. Amma biz daxilən bilirik ki, düzgün yoldayıq, inkişaf edirik. Buna nümunə də göstərə bilərəm. Bilirsiniz ki, bir müddət əvvəl UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gəlmişdi. Onun səfəri təsadüfi hal deyil, bizə olan inamı, hakimliyimizə olan marağı göstərir. Əliyar Ağayevin mütəmadi olaraq Çempionlar Liqasına təyinat almağı, mənim U-21 Avropa çempionatına təyinatım da inkişafımızın sübutudur. Əlavə olaraq qeyd edə bilərəm ki, bir ölkədən 2 hakimin 1-ci kateqoriya alması da inkişafın siqnalıdır. Çünki qeyd elədiyim məqamlara, bizimlə qonşu olan ölkələrə nəzər salsanız, görərsiniz ki, doğrudan da onlar bizdən xeyli geridədirlər. Belə hallara baxaraq deyə bilərəm ki, düzgün yoldayıq. Amma çox çalışmalıyıq. Başa düşürük ki, işimiz asan deyil. Var gücümüzlə çalışırq. İnkişafımıza əsas töhvə verən məqamlardan biri də futbolumuzun üçün hazırlanan yeni strategiya planıdır. Futbolumuz dirçəlsə, bu, hakimlərə də təsir edəcək.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər