“Qalib gəldiyimiz üçün sevincliyik. Əvvəlki üç oyunda nəticələrimiz ürəkaçan olmamışdı. Buna görə də qələbəyə çox ehtiyacımız var idi”.
QOL.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom deyib.
O, Misli Premyer Liqasının 8-ci turunda “Karvan-Yevlax” üzərində qazandıqları 4:1 hesablı qələbəni belə şərh edib: “Oyuna yaxşı başladıq. Lakin hesabı açdıqdan sonra bir qədər sakitləşdik. Bunun da nəticəsində fasiləyə yaxın qapımızda qol gördük. İkinci hissədə geridönüş edə bildik. Yüksək temp nümayiş etdirdik və daha üç dəfə fərqləndik. Bu tempi davam etdirmək lazımdır”.
Fransız forvard Yevlax klubu ilə görüşdə dubl etməsinə belə münasibət bildirib: “Əlbəttə, komandamın qələbəsində pay sahibi olduğum üçün sevincliyəm. Lakin əsas mənim qol vurmağım yox, qələbənin ardını gətirməkdir. Çünki növbəti turlarda da xal və xallara çox ehtiyacımız var”.
Ramalinqom bildirib ki, bu qələbə komandaya növbəti turlar üçün motivasiya olacaq: “Bu tempi saxlamalıyıq. Azərbaycan çempionatında asan oyun yoxdur. Hər görüş çətin keçir. Bununla belə, əlimizdən gələni etməliyik ki, bu cür davam edək. Qələbələr qazanmaqla azarkeşlərimizi sevindirmək istəyirik”.
Onun sözlərinə görə, çempionatda milli komandanın oyunları səbəbindən yaranan fasilə “Sumqayıt”ın xeyrinə olub: “Son turda “Turan Tovuz”a öz meydanımızda uduzmuşduq. Ümumilikdə isə son 3 matçda cəmi 1 xal toplanmışdıq. Ona görə də fasilə yerinə düşdü. Həm fiziki, həm də psixoloji baxımdan gərginliyi üzərimizdən atdıq. Yaxşı hazırlıq keçdik və bunun da faydasını gördük”.
32 yaşlı forvard növbəti turda “Zirə”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Dediyim kimi, Azərbaycan çempionatında hər oyun çətin keçir. Üstəlik, “Zirə” yaxşı rəqibdir. Son mövsümlər medalçılar sırasında yer alır. Bu mövsüm də iddialıdırlar. Heyətlərində yaxşı oyunçular var. Lakin biz də zəif deyilik. Yaxşı komandamız var. İnanıram ki, uğurlu çıxışımızı Zirə səfərində də davam etdirəcəyik”.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi