Medianın İnkişafı Agentliyinin layihəsi
Başa çatmaqda olan həftə Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışı ilə yadda qaldı. Tarixdə ilk dəfədir bir avrokubok həftəsində Azərbaycanın 4 təmsilçisindən 3-ü qələbə qazanır, 1-i isə heç-heçə edir. “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) səfərdə 3:0, “Sabah” Konfrans Liqasında “Peteokub”a (Moldova) rəqib meydanında 2:0, “Araz Naxçıvan” da KL-də evdə “Aris”ə (Yunanıstan) 2:1 hesabı ilə qalib gəlib, “Zirə” isə eyni turnirdə Bakıda “Hayduk”la (Xorvatiya) heç-heçə (1:1) edib.
Klublarımızın çıxışları ilə bağlı Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Aftandil Hacıyevlə danışıq. O, əvvəlcə təmsilçilərimizin oyunları haqda ümumi fikir bildirib: "İlk avrokubok oyunları idi. Komandalar yaxşı nəticələr qazansalar da, oyunlar tam əksini göstərirdi. Çünki çətinliklə nəticə qazandılar. İstər "Qarabağ, istər "Zirə", istər "Araz-Naxçıvan", istərsə də "Zirə". Çünki formalarının pik səviyyəsində deyildilər. Bir çox komandalarda futbolçuların bəziləri tam öz formalarında olmaya bilərlər. Lakin sevindirici hal odur ki, hər bir komandamız öz ustalıq səviyyəsini rəqibinə göstərməyi bacardı".
"Qarabağ" Futbol Akademiyasının koordinatoru Ağdam klubunun vacib üstünlük əldə etdiyini deyib: "Qarabağ" oyunda ara-sıra rəqibin bir neçə qol epizodu yaratmasına imkan versə də, ümumilikdə nəzarəti ələ ala bildi. "Qarabağ" istədiyi qolları vuraraq cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün əlaverişli nəticə qazandı".

Mütəxəssis Azərbaycan klubları arasında ən çətin rəqibin məhz "Zirə"nin bəxtinə düşdüyünü vurğulayıb: "Bəlkə də ən çətin rəqib "Zirə"yə tuş gəlib. Buna baxmayaraq, rəqibi ağıllı təhlil etdilər. "Hayduk"un gücünün qarşısını almağa çalışdılar. Əlbəttə ki, "Zirə"nin bu oyunu qələbə ilə başa vurmağını istəyərdik. Lakin rəqibin də heyətində usta futbolçular var. Belə matçda heç-heçə də böyük uğurdur".

A.Hacıyev "Araz-Naxçıvan"ın "Aris" qarşısında mübariz oyun sərgilədiyini söyləyib: "Meydanda yeni "Araz-Naxçıvan" gördük. Onların avrokuboklarda ilk oyunlarıdır. Lakin heyəti kifayət qədər gücləndiriblər. "Aris" də keyfiyyətli rəqibdir. "Araz-Naxçıvan" mübarizliyini sonadək göstərdi, yaxşı nəticə qazandı. Bu, klub üçün çox yaxşı göstəricidir. Amma oyunun içində də "Aris"in necə komanda olduğunu gördük. "Aris" avrokubok təcrübəsinə malik klublardandır. Amma oyunda "Araz-Naxçıvan" kifayət qədər qol epizodu yaratmağı bacardı. Bəlkə də hesab arasınakı fərq daha çox ola bilərdi. Lakin istənilən halda qələbə hər zaman psixoloji üstünlükdür. Düşünürəm ki, "Araz-Naxçıvan" səfərdə də istədiyi nəticəni əldə edə bilər".

O, "Sabah"ın rəqibi "Petrokub"un heç də zəif komanda olmadığını vurğulayıb: "Sabah"a gəldikdə, bəlkə də çoxları "Petrokub"u çox zəif hesab edir. İlk hissədə "Petrokub" daha aktiv görünürdü. Amma fasilədən sonra "Sabah"ın üstünlüyünü görmək olurdu. Bir neçə hücumdan sonra "Sabah" rəqibi səhv etməyə məcbur etdi və əlverişli nəticə qazandı".

Mütəxəssis bütün təmsilçilərimizin mərhələ adlamaq şanslarını yüksək qiymətləndirdiyini bildirib: "Hər bir klubumuz mərhələ keçmək şansını saxlayır. Bu şans kimdəsə az, kimdəsə çox ola bilər. Lakin bütün komandalarımızın mərhələ adlamaq şansını yüksək qiymətləndirirəm".
A.Hacıyev sonda Azərbaycan klublarından gözlənilər barədə də danışıb: "Əlbəttə ki, hər avrokubok mövsümündə "Qarabağ"ı əsas məhələdə görməyə alışmışıq. İstər Çempionlar Liqası olsun, istər Avropa Liqası, istərsə də Konfrans Liqası. Təbii ki, "Qarabağ"ın Çempionlar Liqasında yoluna davam etməyini çox arzulayırıq. Digər klublarımızda da istək var. Əlbəttə, burada heyətin gücü də önəmli olacaq. Transfer bazarında hansı klubumuz aktiv ola biləcək, hansı rəqiblər düşəcək - bunlardan da çox şey asılı olacaq. Amma güclərinə göə klublarımızın hər biri Liqa mərhələsində oynamağa layiqdirlər".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Sabahkı oyunda futbolçularıma inanıram" - Qurban Qurbanov
"Aston Villa" sabiq hücumçusunu transfer etdi
Baş məşqçi gənc hakimdən üzr istədi
Futbolçu jurnalisti məhkəməyə verdi
Əfsanəvi futbolçunun oğlu "Latsio"da - Rəsmi
Azarkeşləri daşıyan mikroavtobus qəzaya uğradı
Arne Slotdan “Qarabağ” haqda yüksək sözlər
"Çelsi" futbolçusu ilə yollarını ayırır
“Qarabağ”ın nə qədər güclü olduğunu bilirəm” - Frimponq
Rusiyalı futbolçu Türkiyə klubuna keçdi
Qvardiola Haalandın zəifləməsindən danışdı
Kurban Berdiyevdən başsağlığı
Marko Yankoviç mükafatlandırıldı - Şəkil
Klubda qalmaq üçün maaşının artırılmasını tələb etdi
"Turan Tovuz" onunla müqaviləyə xitam verdi
Bu mövsüm meydana çıxmayan futbolçu "Bayer"ə keçdi
"Mançester Yunayted"in aparıcı üzvü 10 həftə oynamayacaq
Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatdı
"Neftçi" Rzanın müqaviləsini uzadıb icarəyə göndərdi
Argentina millisinin üzvü “Valensiya”da
Azərbaycan idmanına ağır itki üz verib
“Qarabağ”ın Premyer Liqadakı oyunları "Tofiq Bəhramov"da
"Barselona"da yeni müqavilə
Dörd ölkə klubunun maraq dairəsində olan "Qarabağ”lı
"Liverpul" sərt tənqidin hədəfində
“Bavariya”nın sabiq futbolçusu idman direktoru oldu
Elçin Məsiyev Avropa Liqasının daha bir oyununda
“Neftçi” avrokuboklardan əlini üzməyib” - Elvin Bədəlov
"Real" Marselonun oğlu ilə ilk peşəkar müqaviləsini imzaladı
“Qəbələ” karyerası cəmi 3 ay çəkdi
Vinisius "Real"a şərt kəsdi
İspaniyanı təriflədi, Mərakeşə irad tutdu
Rusiya millisinin keçmiş baş məşqçisi vəfat etdi
“Çelsi” 17 yaşlı futbolçu transfer etdi
Lixtştayner tanınmış klubun baş məşqçisi oldu