Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Qarabağ" Futbol Akademiyasının beynəlxalq əlaqələr artmaqda davam edir. Belə ki, Ağdam təmsilçisinin U-17 komandası bu ay nüfuzlu “Gothia Puma Trophy” turnirində qüvvəsini sınayıb. "Qarabağ" sözügedən yarışda qrup mərhələsində “Myallbü” (Danimarka) ya qalib gəlib (2:1), “Sportinq Laqos”la (Nigeriya) heç-heçə edib (0:0), yerli “Göteborq”la görüşdə uduzub – 0:2. B pley-offunun 1/4 finalına qədər irəliləyən komanda burada “Brommapoyrkarna”ya (İsveç) məğlub olub - 0:4.
Yaxın keçmişə nəzər saldıqda "Qarabağ"ın U-13, U-14 və U-15 kollektivlərinin də beynəlxalq turnirlərdə mübarizə apardıqlarını xatırlayarıq.
Bugünkü mövzumuz da məhz "Qarabağ" U-17-nin "Gothia Puma Trophy”dəki çıxışı, klubun beynəlxalq əlaqələri ilə bağlıdır.
Yəni bu turnirlər, xarici həmyaşıdları işə erkən yaşda qarşılaşmaq Azərbaycanın gələcəyi olan indiki yeniyetmə futbolçulara təcrübə baxımdan nə verir?
"Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev mövzu haqda danışarkən əvvəlcə "Gothia Puma Trophy” turnirinin nüfuzundan söz açıb: "Biz bu turnirə 2 il əvvəl də qatılmışdıq. "Qarabağ"ın "Hekken"lə Avroliqada qarşılaşdığı vaxtlarda da “Gothia Puma Trophy” nümayəndələri ilə görüşümüz olmuşdu. Bəlkə də bu turnir dünyada "1 nömrə"dir. Çox genişmiqyaslı yarışdır. Hətta “Gothia Puma Trophy”ni bir növ yeniyetmə futbolçularln Olimpiadası da adlandırmaq olar. Açılış zamanı da bunu hiss etdik. Açılış mərasimi təxmini Olimpiya Oyunlarının açılışına bənzəyirdi. Çox gözəl təşkilatçılıq vardı”.

Aftandil Hacıyev
"Qarabağ"ın yarışda "Elit" kateqoriyasında mübarizə apardığını qeyd edən A.Hacıyev belə turnirlərin futbolumuzun inkişafına töhfə verə biləcəyini də söyləyib: “Gothia Puma Trophy”də bir neçə kateqoriya var. Həvəskar komadalar ayrı, peşəkar komandalar ayrı kateqoriyalar üzrə mübarizə aparırdılar. Biz "Elit" kateqoriyada idik. Bu turnir haqda ancaq xoş sözlər səsləndirmək olar. “Gothia Puma Trophy” 50 illik tarixi olan bir turnirdir. Yarış iştirakçıları kifayət qədər keyfiyyətli komandalar idi. Düşünürəm ki, istər məşqçilər, istərsə də futbolçular üçün böyük təcrübə oldu. Belə turnirlərin sayı çoxaldıqca gələcəkdə oyunçularımızın təcrübəsi artacaq və daha yaxşı yerlərə çatmaq ehtimalları yüksələcək. Biz çalışacağıq ki, gələcəkdə də bu cür turnirlərdə iştirak edək. Çünki “Gothia Puma Trophy” kimi turnirlər futbolçuların həm oyun, həm fərdi, həm də psixoloji baxımdan inkişafına yol açır. Bu, onların maneələri adlamağı üçün yaxşı fürsətdir. Ona görə də belə turnirlərə davamlı olaraq qatılmaq üçün əlimizdən gələni edəcəyik".
A.Hacıyev Qarabağ"ın beynəlxalq əlaqələri yaxşılaşdırmaq üzərində intensiv çalışdığını deyib: "Beynəlxalq əlaqələrimizi yaxşılaşdırmağa çalışırıq. Təkcə turnirlərlə bağlı deyil, bir neçə futbolçunu Avropa klublarının akademiyalarında sınaqdan keçirmək haqda düşünürük. Artıq buna start da vermişik. İtaliyanın "Udineze" klubu ilə görüşümüz olub. Bu danışıqlara əsasən, bizim bir neçə futbolçumuz onların akademiyasında sınaqdan keçmək şansı qazanacaq. Artıq işlərə başlanılıb. Proses gedir. Skaut səviyyəsində çalışmalara start vermişik. Bəzi futbolçularımızın oyunundan videomateriallar göndərilib. Oradakı skautlar izləyirlər və bizə cavablarını deyirlər. Daha sonra vaxt təyin olunacaq ki, futbolçular ora getsinlər. Bu şəkildə bir neçə klubla da danışıqlarımız gedir".

A.Hacıyev İspaniyanın "Levante" klubu ilə də əməkdaşlıqla bağlı razılaşdıqlarını deyib: "Levante" də bizimlə əməkdaşlıq aparmaq qərarı verib. Artıq işlərə başlamışıq. Bir neçə istiqamətdə - məşqçimizin, futbolçularımızın ora getməyi barədə danışıqlarımız davam edir. Artıq danışıqarın son mərhələsindəyik. Gələcəkdə də belə layihələr ola bilər. Bunlar da məşqçilərin, futbolçuların inkişafına yönəlmiş addımlar olacaq".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər