"Sabah ağır və maraqlı oyun bizi gözləyir. Öz meydançamızda oynayırıq, azarkeşlərimizin də stadionu dolduracağını düşünürəm. İlk oyunumuzdur. Bilirik ki, ağır olacaq. Vacib görüşdür. Bir il bunun üçün mübarizə aparıb, gücümüzü qoymuşuq. İnşallah, sabah ümidləri doğrultmaq niyyəti ilə meydana çıxacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan "Fehervar"ı ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
"Rəqibin necə çətin komanda olduğunu bilirik. Onları təhlil edəndə görmüşük ki, necə ağır komandadır. Düşünürəm ki, sabahkı oyundan daha önəmlisi cavab görüşü olacaq. Sabah bir-birimizi tanıyacağıq. Təhlillər aparmışıq. Əvvəlki səhvlərin təkrarlanmaması üçün oyuna ciddi yanaşmalı, diqqətli olmalıyıq. Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Ümumiyyətlə, ötən il heç avrokubokları düşünmürdük, amma vəsiqə qazandıq" - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, "Fehervar"la oyunlar onlar üçün böyük təcrübə olacaq: "Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Yeni transferlər üçün də vaxt lazımdır. Bir neçə oyun keçirməlidirlər ki, relsə düşsünlər. Azərbaycana, komandaya uyğunlaşmaları üçün vaxta ehtiyacları var. Yoxlama oyunlarına əsasən futbolçuları qiymətləndirmək düzgün deyil, bunlar aldadıcı ola bilər. Öz oyunumuza diqqət yetirməliyik. Çətindir, amma inanıram ki, maraqlı oyun olacaq".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda