Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa kuboklarında Azərbaycanın daha üç təmsilçisi - sonuncu təmsilçiləri bəlli olub.“Zirə” Avropa Liqasında, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında çıxış edəcək.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri hələ tam müəyyənləşməyib. Amma “Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində hansı komandaların mümkün rəqibi olacağı Çempionlar Liqasının iyunun 1-də baş tutacaq “Real” - “Borussiya” (Dortmund) arasında keçiriləcək final matçının nəticəsindən asılıdır.
Artıq “Zirə”nin 6 potensial rəqibi bəllidir. Lakin “Borussiya” qalib gəlsə, bu say 4-ə enəcək.
QOL.az haqqın.az saytına istinadən xəbər verir ki, hazırda Avropa Liqasının 1-ci mərhələsi üçün 12 klubun yarışması nəzərdə tutulur. 4,025 xalı olan “Zirə” “səpələnməmişlər” səbətindədir. Onun potensial rəqibləri “səpələnmişlər” səbətində yer alan “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş” (Macarıstan) ola bilər.
Amma “Borussiya” Çempionlar Liqasının final oyununda qalib gəlsə, vəziyyət dəyişəcək. Bu halda Avropa Liqasının təsnifat mərhələsinin püşkatmasında dəyişikliklər olacaq. “Visla”, “Pafos”, “Pakş”, eləcə də “səpələnməmişlər” səbətində yer alan İsveçin “Elfsborq” klubları mübarizəyə 1-ci deyil, 2-ci təsnifat mərhələsindən başlamaq hüququ qazanacaqlar.
Bu halda 1-ci mərhələdə 8 komanda oynayacaq. Amma “Zirə” yenə də “səpələnməmişlər” səbətində qalacaq. Potensial rəqiblərin siyahısı iaə belə olacaq: “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan) və “Korvinul” (Rumıniya).
"Real"ın "Borussiya" üzərində qələbəsi isə "Zirə"nin potensial rəqib sayını 6-da saxlayacaq.
Xatırladaq ki, “Real” qarşıdakı matçda qalib gələrsə, Azərbaycan çempionu “Qarabağ”ı Çempionlar Liqasına 1-ci deyil, 2-ci mərhələdən mübarizəyə başlayacaq.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi