"Barselona"nın baş məşqçisi Xavi məşqdən əvvəl futbolçuları və klub işçilərini paltardəyişmə otağına toplayıb.
QOL.az AS-a istinadən xəbər verir ki, mütəxəssis komandadan niyə getdiyini şəxsən onlara izah edib. Xavi deyib:
“Barselona" mənim həyatımın klubudur və həmişə mənim ürəyimdə qalacaq. Düzdür, bu il işlər yaxşı getmədi, amma siz və mən əlimizdən gələni etdik, hamı ilə mübarizə apardıq. Siz artıq bilirsiniz ki, qərarı mən yox, klub rəhbərliyi verib".
Bu gün "Barselona" Xavinin baş məşqçiliyi altında son oyununa çıxacaq. Komanda İspaniya La Liqasının 38-ci turunda "Sevilya" ilə qarşılaşacaq.
Yanvarın sonunda Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Lakin apreldə tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini bəyan etmişdilər. 2 gün əvvəl isə klub mütəxəssisin komandadan ayrılacağını açıqlayıb.
Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edirdi. 2022/23 mövsümündə kataloniyalılar İspaniya çempionu olub və ölkə Superkubokunun qalibi olublar. La Liqanın son turu öncəsi “Barselona” 82 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi