2-ci liqaya vəsiqə uğrunda pley-off matçlarının püşkü atıldı

2-ci liqaya vəsiqə uğrunda pley-off matçlarının püşkü atıldı
ÖLKƏ FUTBOLU 25 May 2024 / 18:49 2839
-  A +

2024/2025 mövsümündə 2-ci liqada çıxış etmək üçün vəsiqə uğrunda keçiriləcək pley-off matçlarının püşkü atılıb.

QOL.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. 

2024/25 mövsümündə 2-ci Liqada çıxış etmək üçün cari mövsüm 2-ci Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısının pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 05 iyun tarixlərində oynanılacaq. Dünən Şamaxı şəhərində baş tutan Region Liqasının final matçının ardından bu qarşılaşmalarda 2-ci Liqada 13-cü yeri tutan “Şəfa” komandası ilə Region Liqasının finalında məğlub olan “Hypers” komandasının üz-üzə gələcəyi dəqiqləşib.

Bu gün Peşəkar Futbol Liqasında ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqası prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri  iştirak edib. Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib. Ardından püşk atılıb. Püşkə əsasən ilk oyunda meydan sahibi “Şəfa” komandası olub.

Bildirilib ki, qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar barədə daha sonra məlumat veriləcək.


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı